Gülağa Tənha - Provokasiya

Gülağa Tənha Provokasiya

Xeyriyyəçi - şair Gülağa Qənbərov (Tənha) müsahibəsində ermənilərin tarix boyu Azərbaycana qarşı hiyləgərcəsinə işlətdikləri provokasiyadan bəhs edir. Gülağa Tənha Sumqayıt hadisələrini nümunə kimi xatırlayır, gələcək nəsil üçün səslənir ki, ermənilər düşünülərək Sumqayıta gəlir və burada yaşayan ermənilərə qarşı ağır cinayətlər törədir. Bu da dediyimiz provokasiyaya gətirib çıxardır. Belə addımlar dəfələrlə eyni ssenari ilə tarix boyu təkrarlanıb. 

 

          Keçən gün, yəni 15 fevral 2020 - ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri keçirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixi faktlarla Qarabağ daim Azərbaycanın olduğunu söylədi. Bu çıxış hər bir vətənini sevən azərbaycanlını, Qarabağ probleminin həllinə görə narahatlıq keçirən vətəndaşı sevindirdi. Ermənistanın Baş naziri Nikol Paşinyan isə həyacan içində çıxışında uydurma fikirləri təkrar edir və bunu, yalanına inanaraq etsə də jurnalistlər tərəfindən gülüşlə qarşılanırdı.


Prezident İlham Əliyevin toxunduğu çox vacib məsələlərdən biri də mətbuat sahəsində yuxarı postlarda ermənilərin yer almasıdır (əsasən Rusiyada, Amerikada,  Avropada). Onlar əllərindən gələni edirlər ki, düzgün olmayan, özlərinin uydurduğu yalana dövlətlər tərəfindən inanılsın və bunun üçün qarış-qarış, gecə-gündüz çalışırlar. Odur ki, Azərbaycan ayıq sayıqlığı itirmədən çalışmalı, belə məsələlərə şəxsi, məişət problemlərini qarışdırmamalıdır. Ölkə daxili olan prosesə aid etmədən, hamı bir nəfər kimi Azərbaycanın qlobal probleminin həlli üçün çalışmalı, fəaliyyət göstərməlidir. Birlikdə aparılan mübarizə insanları daha da doğma və qüvvətli edir. Deyim var: "Pis övlad artıq barmaq kimidir...", əgər bizim elə övladımız varsa, dünya qarşısına çıxanda bir əlmiz digər əlimizi göstərib deməsin: "Bura baxın!" Əli ovucuna alıb sözünü desin, qalibiyyətin çıxış yolu budur. Gəlin tarixi faktlara və qeydlərə nəzər salaq.

Tarixi faktlar

XIX əsrin əvvəllərində çar Rusiyası (İran və Rusiya arasında Azərbaycan ərazilərinin bölüşdürülməsinə dair 1813-cü ilin 12 oktyabrında Gülüstan və 1828-ci ilin 10 fevralında Türkmənçay müqaviləsi imzalandıqdan sonra) qədim Azərbaycan torpaqlarında bufer zona yaratmaq məqsədi ilə «erməni dövləti» qurmaq planını həyata keçirməyə başlamışdır. Hələ 300 il əvvəl gələcək imperiyanın konturları barədə düşünən rus imperatoru I Pyotr Cənuba göndərdiyi qasidlərə tapşırmışdı: «…onları (erməniləri-müəll.) tovlayıb bizim torpaqlara (indiki Azərbaycan ərazisinə-müəll.) gətirməyə çalışmaq lazımdır ki, Rusiyanın istinadgahı olsun.

lk toqquşma 1905-ci ilin əvvəllərində Şuşada törədildi. O, geniş əks-səda doğurdu. Erməni silahlıları azərbaycanlılara qarşı ən bö­yük qırğını Bakıda həyata keçirdilər.

Əslində hadisələrin səbəbləri və kökləri daha əvvəllərə gedib çıxır. Cənubi Qafqaz Rusiya tərəfindən işğal edildikdən sonra erməniləri kütləvi surətdə Azərbaycana kö­çürərək azərbaycanlıların ən münbit torpaqlarında məskunlaşdıran çar hakimiyyəti onlara bir sıra imtiyazlar tanımağa, dövlət qulluğunda üstünlüklər verməyə başladı. Dövlət idarəçiliyi işlərindən uzaqlaşdırılan azərbaycanlıların isə hü­quqları məhdudlaşdırıldı, torpaqları əllərindən alındı. Onlar həm də ermənilər tərəfindən sıxışdırılırdı.
Bü­tün bunlar azərbaycanlıların siyasi, sosial və maddi vəziyyətini getdikcə ağırlaşdırırdı. Ermənilər çar hakimiyyətinin himayəsi altında heç bir maneəyə rast gəlmədən müxtəlif cəmiyyətlər qurur, komitələr yaradırdılar. Azərbaycanlılar isə belə imkanlardan məhrum edilmişdilər. Hər yerdə üstünlüklərini göstərən ermənilər hakimiyyətin azərbaycanlılara qarşı etibarını azaltmaq üçün bü­tün vasitələrdən istifadə edir, hətta guya onların panislamçı, panturançı, pantürkçü hərəkətlərinin genişləndiyinə dair şayiələr yayır, donoslar yazırdılar.

qeydlər

Mayevskinin bəzi qeydlərinə nəzər salaq: “1895-ci ilə qədər erməni-türk əlaqələri yaxşı bir vəziyyətdə idi. Bu iki cəmiyyət bir-biri ilə dostca dolanırdılar. 1895-ci ildə erməni komitəçilər erməniləri türklərə qarşı təhrik etməyə başladılar və erməni-türk əlaqələri birdən-birə tərsinə döndü. Türk vəhşiliyi bir həqiqət olmayıb uydurulmuş siyasi bir hekayədir. Həqiqəti olduğu kimi söyləmək lazımdırsa, Şərqdə vəhşi olanlar müsəlmanlar deyil, əksinə, müxtəlif hadisələri törədənlər şərqli ermənilər idi. Onlar törətdikləri hadisələri kimsəsiz müsəlmanlara yükləyirdilər. Baş verən hadisələr erməni komitəçilərin uydurduqları və icraya qoyduqları komediyadan başqa bir şey deyildir…”
Erməni komitəçilərlə bir amerikalının söhbəti: Amerikalı Hamlinin (İstanbuldakı amerikan kollecinin qurucusu) müsahibəsini ehtiva edən 23 dekabr 1893-cü il tarixli məktubun bir bölümü belədir (“Boston” qəzetində yayımlanmışdır): “…Rusların Anadoluya girmələrinə səbəb olacaq bir hadisə törədəcəklərini və buna hazırlandıqlarını söyləyən bir erməni komitəçiyə dr.Hamlin “necə?” deyə sorduqda, komitəçinin cavabı belə olmuşdur: “Bütün imperatorluqda təşkilatlanan “Qncak” çətələri türkləri öldürüb kəndlərini yandıracaqlar. Sonra dağlara qaçacaqlar. Belə olduqda dəliyə dönən türklər bölgədəki müdafiəsiz ermənilərin üzərinə hücum edib onları elə doğrayacaqlar ki, ruslar xristianlıq mədəniyyəti naminə hücuma keçib Anadolunu işğal edəcəklər”. Bu cavaba çaşıb qalan amerikalı dəhşət içərisində “Belə bir şeyi necə edə bilərsiniz? Nə qorxunc bir plandır bu!..” demişdir.

1923-cü ilin aprel ayında “Daşnaksütyun” komitəsinin Buxarestdə keçirilən konfransında çıxış edən O.Kaçaznuninin erməni millətinə mənsub olmasına baxmayaraq, konfransdakı çıxışı bu gün bütün dünyada dillər əzbəri olan “erməni soyqırımı”nın uydurma olduğunu rəsmən ortaya qoyur.
Beləliklə, “Daşnaksütyun” komitəsinin lideri, Ermənistanın ilk baş naziri O.Kaçaznuninin 1923-cü ilin aprel ayında Buxarestdə keçirilən “Daşnaksütyun” konfransına təqdim etdiyi raportdan bu nəticələr ortaya çıxır: ermənilər Osmanlı dövlətinə xəyanət edib əvvəl ruslara, daha sonra fransızlara və ingilislərə qeyd-şərtsiz satılıblar; ermənilər “dənizdən-dənizə Ermənistan” layihəsi kimi bir arzuya qapılıb və bu istiqamətdə təhrik ediliblər; “Daşnaksütyun” komitəsi xaricində bir günahkar axtarılmamalıdır.
Erməni millətinə mənsub elm adamı B.İşxanyan isə ermənilərin Qafqazda məskunlaşmaları barədə həqiqəti ortaya qoymuşdur. Onun 1916-cı ildə nəşr olunan kitabında oxuyuruq: “…Ermənilərin həqiqi vətəni Kiçik Asiyadır, yəni Rusiya hüdudlarından kənardadır və Qafqazda bir neçə erməni əyalətindən başqa, Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son yüzildə səpələnmişlər…”
Erməni yazıçısı H.Osepyan 1930-cu ildə Ermənistan dövləti tərəfindən azərbaycanca nəşr edilən “Müharibə və quruluşun 10 ili” adlı kitabında qeyd etmişdir: “…Daşnakların iqtidarı zamanında etnik döyüşlər ağlasığmaz həcmə çatmışdı. Onlar menşevik Gürcüstanı ilə bir dəfə, Türkiyə ilə iki dəfə, Azərbaycanla isə bir neçə dəfə müharibə etdilər və ölkə daxilində türk cəmiyyətini ortadan qaldırmaq siyasətini irəli sürdülər. Ağbabada, Zəngibasarda, Vedibasarda, Şərurda on minlərlə türk qətl edildi. Bu vətəndaşların var-dövləti talan edilib daşnak komandanlarının mülkiyyətinə keçirildi.
(Bəzi tarixi faktrlar Pedaqogika üzrə fəlsəfə doktoru Dəyanət Musayev qeydlərindən götürülmüşdür.)


Azərbaycanı müdrikliyə, xoşbəxt gələcək naminə provokasiyalara qarşı dünəndən daha uzaq görən olmağa çağırırıq. Bu məqamda Tibet keşişlərinin inkişafını xatırladıq. Keşişlər olduqca həssas, mənəvi tərəfdən yüksəlmiş insanlar idilər və əhali onların keyfiyyətlərindən istifadə edib, fiziki güc tədbiq edərək əllərindən ərzaqlarını alırdılar. Bundan bezən keşişlər əlbəyaxa döyüş növərinin sirlərini öyrənib, qeyri adi fiziki gücə sahib olma metodlarını kəşf etdilər. Mədəniyyətləri inkişaf etdikcə iqtisadi rifahları da düzəldi. Onların gücündən xəbərdar olan əhali, keşişlərə daha hücum etmədilər. Bildilər ki bu gücün qarşısında məğlub olacaqlar. Beləliklə Tibet keşişləri qonşularına döyüşsüz qalib gəldilər. 


Bu gün Azərbaycan ərazisinə və mədəniyyətinə görə olduqca zəngin, güclü ölkədir. Hər ölkə sanki bir orqanizmdir, bu isə o deməkdir ki, torpaq Allah tərəfindən insana verilmiş əmanətdir və bu məhsuliyyət bizim hər birimizin üzərindədir.

Müəllif: Ağa Məhəmməd Aman 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #gulaqa tenha, #gulaqa qanbarov, #gülağa tənha, #gülağa qənbərov
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !