"Gənclərin ictimai fəallığa təşviqi" adlı layihənin icrası -

"Gənclərin ictimai fəallığa təşviqi" adlı layihənin icrası

 İctimai fəal Samir Pənəliyev Azərbaycan Gənclər Fondunun dəstəyilə
həyata keçirdiyi "Gənclərin ictimai fəallığa təşviqi" adlı layihənin
icrasını davam etdirir.

Layihə çərçivəsində növbəti tədbir 15 Fevral Sabunçu Gənclər Evində baş tutub

Layihə müəllifi Samir Pənəliyev Azərbaycanda gənclərin hərtərəfli
inkişafı üçün münbit şərait yaradıldığını bildirib. Qeyd edib ki,
gənclərin fərdi təşəbbüslərinin dövlət tərəfindən dəstəklənməsi bu
sektorda inkişafı daha da stimullaşdırıb. S.Pənəliyev tədbir
iştirakçılarını milli donorların yaratdıqları imkanlardan maksimum
faydalanmağa çağırıb.

Layihənin eksperti, tanınmış jurnalist Seymur Verdizadə gəncliyi
cəmiyyətin avanqard hissəsi adlandırıb. Natiq deyib ki, gəncliyin
enerjisini müsbət istiqamıtə yönəltməklə cəmiyyətdə nəzərəçarpan
inkişafa nail olmaq mümkündür.

Turizm Könüllüləri Təşkilatının direktoru, Azərbaycan Respublikasının
Dövlət Turizm Agentliyinin məsul əməkdaşı Hüseyn Məmmədov gəncləri
ictimai həyatda fəal iştirak etməyə səsləyib. H.Məmmədov deyib ki,
ictimai maraqları şəxsi maraqlardan üstün tutan gənclər fərdi
bacarıqlarını artırmaqla parlaq karyeraya sahib ola bilərlər.

DOST Agentliyinin Könüllülərlə iş şöbəsinin müdiri Ruslan Mirzəliyev
gənclərin fərdi inkişafına dair tövsiyələr verib, bu tip layihələrin
həyata keçirilməsi və daha çox gəncin əhatə olunmasının vacibliyini
qeyd edib. Bundan əlavə, R.Mirzəliyev təhsilin ictimai fəallığının
bazasını təşkil etdiyini qeyd edib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !