Qubad İbadoğlunun qızı seçkidə belə döyülüb - -VİDEO

Qubad İbadoğlunun qızı seçkidə belə döyülüb -VİDEO

ADR hərəkatının sədri, Rutgers universitetinin professoru Qubad İbadoğlunun qızı Jalə Bayramovanın fevralın 9-u keçirilən parlament seçkiləri zamanı Lənkəran-Astara seçki dairəsində fiziki zorakılığa məruz qalması haqqında məlumat vermişdik.
Yeniavaz.com xəbər verir ki, Q. İbadoğlu öz feyzbuk səhifəsində qızının döyülməsini əks etdirən görüntüləri yayıb və bildirib ki, bu hələ hamısı deyil: “Qızım Jalənin seçki məntəqəsində döyülməsi kadrlarının davamını əldə etdik, amma bu da hələ hamısı deyil, qadın hələ dayanmayıb, sürüyür. Bura qədər olanı da ürək ağrısı ilə təqdim edirəm”.
Sözügedən görüntüləri təqdim edirik:
Qeyd edək ki, Daxili İşlər Nazirliyi iqtisadçı ekspert Qubad İbadoğlunun qızı Jalə Bayramovanın 76 saylı Lənkəran-Astara Dairə Seçki Komissiyasının məntəqələrindən birində səsvermə zamanı bir qadın tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan video görüntülər haqda açıqlama vermiş və heç kimin saxlanılmadığı bildirilmişdi.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !