"25 il bundan qabaq kişilikdən istefa vermişəm..." -

"25 il bundan qabaq kişilikdən istefa vermişəm..."

Seyran Səxavət deyir ki:


– İnsan yalnız ölümə yaltaqlana bilmir.
– Nə qədər ki, Qarabağ torpağı erməni işğalı altındadı , laaaap aşağıdan laaaap yuxarıya qədər kim özünü kişi hesab edir etsin – mən özümü kişi hesab eləmirəm və 25 il bundan qabaq kişilikdən istefa vermişəm.
– Yalan yaltaqlığın lirikasıdır.
–Təqsiri olan adamlar günahını zəmanənin boynuna atırlar və nəticədə zəmanə bəşəriyyətin günah ambarına çevrilir – bax, bir gün bu anbar partlayanda dünyanın axırı olacaq.
– Baba ilə nəvə ona görə bir-birini çox istəyir ki, ikisi də bir ağılda olur.
– İndiki övladlar valideynlərinə bankomat kimi baxırlar.
– Mənə elə gəlir ki, insan yalnız ölənə qədər deyil, öləndə də öyrənir – öləndə də ölmək öyrənir.
– Dünya Allahın çin olmuş yuxusudur.
– Xalqın uğrunda ölməyə dəyməz, çünki xalq həqiqət deyil – həqiqətin yolunda ölmək lazımdır.
– Körpə ölümü yaşlı adamların yuxusu boyda bir şeydir.
– Cümlə qurmaq dövlət qurmaq qədər çətindir!
– Ən asan şey dünyaya gəlməkdir, çünki burda sənin heç bir zəhmətin yoxdur.
– "Salam verdim rüşvət deyildir deyə almadılar” (Füzuli) – ancaq rüşvət verdim salam deyildir deyə o saat aldılar...
– Qız uşağı sevinəndə Allah da gülümsəyir. Allahın dodaqlarına təbəssüm qonanda o, bəşəriyyətə qarşı daha çox mərhəmətli olur.
– Yumruq boyda daş, milyon illər boyu sıxılmış Yer kürəsi boyda torpaqdır.
– Mənə elə gəlir ki, Allah bütün dünyanı bizim kəndin üstündən idarə eləyir.
– Şuşa ucalığından baxanda Təbriz , Dəmirqapı Dərbənd, Borçalı çökəyi və İrəvan görünürdü – bu gün isə, Şuşanın özünü görə bilmirik.
– Yoooox!!! Sənin dediyin o həqiqət doğulmayacaq – Sən də, Mən də, O da yığışıb o həqiqəti abort elətdirməliyik! ("Qızıl teşt” tamaşasından – 1988-ci il).
– Aralıdan baxanda Yer kürəsi çürük toxuma oxşayırdı, yaxından baxanda isə oxşamırdı – eləcə çürük idi.
– Əgər Abdulla da davadan qayıtmasaydı, tarix kitabında yazacaqdılar ki, Sovet xalqı İkinci Dünya müharibəsində iyirmi milyon bir nəfər adam itirib.
– Qızlarının üzü gülməyən məmləkətin gələcəyi ağlar qalar.
– Bizim Milli Məclisdəki deputatların 99,9 faizinin yediyi çörəyə heç vaxt and içmərəm, əgər and içsəm bilin ki, yalandan and içirəm.
– Dünyanın ən xoşbəxt xalqı, dünyanın ən az yalan danışan xalqıdır.
– Xalq birləşəndə güclü olur, yazıçı təklənəndə.
P.S. Seyran Səxavət nə deyir eeee?!
Deyir dəəəə... 

yenises.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !