İDMAN YENİLİKLƏRİni - İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=3

İDMAN YENİLİKLƏRİni İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=3

SÜDO

----------------------------------

Yeniyetmə cüdoçularımız qitə birinciliyinə qatılacaqlar


15-16 fevral günlərində İspaniyanın Fuenxirola şəhərində yeniyetmələr arasında cüdo üzrə növbəti Avropa Kuboku turniri keçiriləcək. İki gün davam edəcək turnirdə Azərbaycan komandası da iştirak edəcək. Aldığımız məlumata görə komandamız İspaniyaya 25 nəfərdən ibarət olan böyük heyətlə gedəcək. Oğlanların yarışında ölkəmiziİslam Rəhimov, Sahib Babayev (hər ikisi 50 kq), Samir Piriyev, Əli Hacıyev, Qədir Hüseynov (hamısı 55 kq), Əlihümbət Cəfərov, Aydın Rzayev, Məmmədrza Hacızadə, Nicat Şirinov (hamısı 60 kq), Vüsal Qələndarzadə (66 kq), Nahid İsmayılov (73 kq ), Əlirza Şıxəlizadə, Vüqar Talıbov (hər ikisi 81 kq), Hüseyn Dadaşov (90 kq) və Məhəmməd Məmmədzadə (+90 kq) təmsil edəcək. Qızlar arasında isə təmsilçilərimizdən Xumar Qasımzadə, Aydan Vəliyeva (hər ikisi 40 kq), Nigar Şahməmmədova, Leyla Dəmirova (hər ikisi 44 kq), Səbinə Əliyeva, Nəzrin Adnayeva (hər ikisi 48 kq), Səbinə Qədirova, Zeynəb Məmmədova (hər ikisi 52 kq), Fidan Əlizadə və Aytac Qardaşxanlı (hər ikisi 57 kq) tatmiyə çıxacaq.

İNTİQAM

===============================================

VOLEYBOL
----------------------------------------------
Liderlər baş-başa gələcəklər


Fevralın 12-də kişi voleybol klublarının mübarizə apardığı Azərbaycan Super Liqasında iki oyun keçiriləcək. AVF-dən (Azərbaycan Voleybol Federasiyası) verilən məlumata görə günün mərkəzi oyunu yarış cədvəlinə şəriksiz liderlik edən "Xilasedici" ilə onun ən yaxın izləyicisi olan "Murov" münasibətlərə aydınlıq gətirməyə çalışacaq. Görüş saat 16:00-da Dərnəgüldəki Voleybol Mərkəzində başlayacaq. Günün digər matçında isə ortabablardan sayılan "Neftçi" çempionatın autsayderi olan "Sərhədçi" ilə qarşılaşacaq (saat 14:00).
Hazırda komandaların yarış cədvəlində vəziyyət belədir:
Xilasedici - 9 xal (3 oyun), Murov - 8 (4), Neftçi - 6 (3), Azərreyly - 6 (3), MOİK - 4 (3), Ekspress - 3 (5), Sərhədçi - 0 (3).
İNTİQAM

====================================================

GÜLƏŞ
--------------------------------------------------------------
Sənan Süleymanov "qızıl" uğrunda güləşəcək


Dünən İtaliyanın paytaxtı Pomada güləş üzrə böyüklər (kişi və qadın) arasında növbəti Avropa çempionatına start verilib. Azərbaycan pəhləvanlarının da qatıldığı bu çempionatın ilk iki günü "klassiklər" (yunan-Romaçılar) mübarizə aparıblar. Yarışların ilk günü çəkisi 55, 63, 77, 87 və 130 kq olan pəhləvanlar, ikinci günü isə 60, 67, 72, 82 və 97 kq çəkidə qurşaq tutan güləşçilər döşək üzərinə çıxıblar. Birinci gün mübarizəyə qatılan təmsilçilərimizdən yalnız Sənan Süleymanov(77 kq) daha uğurla çıxış edərək AÇ-2020-nin finalına çıxıb. Bu isə onun ən azından gümüş medalı özünə təmin etməsi deməkdir. O, həlledici final görüşündə macarıstanlı Poltan Levayla qarşılaşacaq. Onunla eyni gündə mübarizəyə qatılan digər güləşçilərimizə gəlincə, ən ümidlilərimizdən biri olan sabiq dünya və Avropa çempionu adını daşıyan, hazırki yarışın startında ermənistanlı Rudik Mkrtçyanı udub yarımfinalda isə Bolqarıstanı təmsil edən erməni Üdmundo Hazaryana 5:7 hesabla uduzan Eldəniz Əzizli (55 kq) və 87 kq-da döşək üzərinə çıxan İslam Abbasov bürünc medal uğrunda mübarizəni davam etdirəcək. Taleh Məmmədovla (72 kq) ən ağırımız olan Sabah Şəriəti (130 kq) cütlüyü isə təsəlliverici görüşlərə çıxacaq.
Bu günsə çəkisi 60, 67, 72, 82, və 97 kq olan "klassiklər" döşək üzərinə çıxıblar ki, onlardan da Murad Bazarov (60 kq) 1\8 finalda ev sahibib üstələsə də, 1\4-də erməni idmançıyla bacarmayıb. 67 kq-da təmsilçimiz İslambek Dadov startdaca macar güləşçiyə uduzmaqla çıxışını erkən dayandırıb. 72 kq çəki dərəcəsində mübarizəyə qatılan Ülvi Qənizadə startda bolqarıstanlı rəqibini udsa da, 1\4 finalda almaniyalı idmançıya vaxtından əvvəl uduzub - 0:8. 97 kq-da güləşən Orxan Nuriyev də uzun yol gedə bilməyib. İlk görüşdə polşalı güləşçi ilə üzləşən təmsilçimiz vaxtından əvvəl məğlub olub - 0:9. Günün yaddaqalan güləşçisi Rafiq Hüseynov (82 kq). Sabiq Avropa çempionumuz 1\8-də hollandiyalı, 1\4-də isə isveçli rəqibini üstələyərək yarımfinala çıxıb. Burada onun rəqibi italiyalı Çiro Russo olacaq. Fevralın 12-də qadın güləşçilər mübarizəyə başlayacaqlar.
İNTİQAM

 ====================================================

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !