AirPods qulaqlıqlarının qlobal defisiti gözlənilir -

“AirPods” qulaqlıqlarının qlobal defisiti gözlənilir

“AirPods” qulaqlıqlarının satışı təhlükə altındadır. Yaponiyanın “Nikkei” agentliyinin mənbələri koronavirus epidemiyası ilə əlaqədar sözügedən qulaqlıqların istehsalında problem olduğu haqda məlumat veriblər.
AZpress.AZ “ICTnews”a istinadən xəbər verir ki, insayderlər koronavirus epidemiyasına görə “AirPods” qulaqlıqlarının qlobal defisitini proqnozlaşdırırlar. “Apple”ın tədarükçüləri istehsalı dayandırmağa məcbur olublar. Agentliyin məlumatına görə, “Luxshare-ICT”, “Goertek” və “Inventec” komponentlərin tədarükünü və istehsalın bərpasına icazə gözləyirlər.
“Apple” şirkətinin gözləntisinə görə, tərəfdaşlar istehsalı işə salacaqlar. ekspertlərin fikrinə görə, şirkətlər yaxın 2 həftə ərzində işi bərpa etməsələr və komponentlər tədarük edilməsə, onda “AirPods” qulaqlıqlarının qlobal defisiti gözlənilir. “Nikkei” agentliyi yazır ki, “Apple” Çindəki epidemiya xəbərindən öncə 45 milyon qulaqlıq sifariş etmişdi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !