Qarda "Niva"yla "avtoş"luq edənlər həbs edildi -

Qarda "Niva"yla "avtoş"luq edənlər həbs edildi

Xızı rayonunda qarda “avtoş”luq edən gənclər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan verilən məlumata görə, Xızı RPŞ Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edən gənclər - Bakı şəhər sakinləri, N.Rüstəmov, F.Bağırov və X.Qubadov saxlanılıb.
Hər üç sürücü idarə etdikləri Rusiya istehsalı olan “Niva” markalı avtomobillərlə Xızı rayonu ərazisində qarlı hava şəraitində təhlükəli manevrlər edərək, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatları üçün ciddi təhlükə yaradıblar.
Yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də nəqliyyat vasitələrinə konstruksiya dəyişiklikləri edərək idarə edən bu şəxslər barəsində Xızı RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib və hər üç sürücü Xızı Rayon Məhkəməsi tərəfindən inzibati qaydada həbs edilib.
Çəhrayı rəngli Niva paytaxtda "Pantera 094" ləqəbi ilə “avtoş”lar arasında məşhurdur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !