Heydər Əliyev Sarayında Xalq artisti Polad Bülbüloğlunun yubiley konserti təşkil olunub - +FOTO=100 (Rüstəm İsmayılov AZpress.AZ)

Heydər Əliyev Sarayında Xalq artisti Polad Bülbüloğlunun yubiley konserti təşkil olunub +FOTO=100 (Rüstəm İsmayılov AZpress.AZ)

 Fevralın 7-də Heydər Əliyev Sarayında Xalq artisti, müğənni-bəstəkar, professor, diplomat, görkəmli ictimai xadim Polad Bülbüloğlunun anadan olmasının 75 illiyinə həsr edilmiş yubiley konserti təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə tanınmış elm, mədəniyyət incəsənət xadimləri, hökumət və dövlət nümayəndələri, habelə ictimaiyyətin üzvləri iştirak ediblər.

Əvvəlcə tamaşaçılar Polad Bülbüloğlunun ifa etdiyi mahnılardan ibarət videoçarxı izləyiblər.

Tədbirin aparıcısı Emin Musəvi yubilyarın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri haqqında məlumat verib. Bildirilib ki, bir neçə gün öncə Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə, Polad Bülbüloğluna ən ali mükafat “Heydər Əliyev” ordenini təqdim edib.

Qeyd edilib ki, onun musiqi mədəniyyətimizə bəxş etdiyi “Gəl ey səhər”, “Zəng et”, “Ay Dilbər”, “Dolalay”, o cümlədən kinofilmlərə yazdığı digər mahnıları, simfonik orkestr əsərləri bu gün də dünyanın ən sevilən musiqiləri sırasındadır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !