Masallıda yeni uşaq-əyləncə və ticarət mərkəzi tikilir -

Masallıda yeni uşaq-əyləncə və ticarət mərkəzi tikilir

 Şəhərimiz ildən-ilə gözəlləşir. Geniş küçə, səkilər, park və xiyabanlar, yaraşıqlı evlə bu görüntülərə yeni gözəlliklər gətirir. Şəhərsalma mədəniyyəti yüksəldikcə Masallıda iki-üç mərtəbəli evlərin sayı da artır. Qəzetimiz Masallının görüntülü yerlərində yalnız 2-5 mərtəbəli binaların ucaldılması ilə bağlı dəfələrlə çıxış etmişdir. Şəhərin mərkəzində yastı-yapalaq tikililərin inşaasına yol verilməməlidir. Hazırda şəhərin Heydər Əliyev prospektində “Ozon” klinikasının qarşısında ucaldılan üç mərtəbəli bina Masallının panoramına gözəllik bəxş edəcək.

Binanın möhtəşəmliyi baxanları heyran edir. Çox çəkməz ki, bina Masallı sakinlərinin ən sevimli yeri olacaq.

Tikintinin sahibi Saleh Hüseynovla burada görüşürük. Sahibkar quraşdırıcı və sənətkarlara məsləhətlər versə də özü də lazım gələndə iş prosesesində iştirak edir. Çünki özü də həyata atılandan zəhmətdən zövq alıb, çətinliklərdən qorxmayıb.

Saleh Hüseynovla həmsöhbət oluruq. O, Masallının ən gözəl tikililərindən olan bu binanın gələcək fəaliyyətini açıqlayır.

-Burada uşaq-əyləncə, ticarət mərkəzləri sakinlərə xidmət edəcək. Üçmərtəbəli bina üç mərhələdə istifadəyə veriləcək. Artıq son tamamlama işləri gedir.

Birinci mərtəbədə köşklər şüşə arakəsmələrlə əhatələnib. Burada işlər demək olar ki, başa çatıb. Qalan iki mərtəbədə də quraşdırma gedir, divarlar rənglənir. Köşklərin arakəsmələrinin hazırlanması davam etdirilir.

Sahibkar Saleh Hüseynov uzun illər Rusiyada kommersiya fəaliyyəti göstərib. Sonra Vətənə gəlib sərmayəni burada sərf etməyi qərara alıb. 2011-ci ildən Masallıda sahibkarlığı davam etdirib. Sonra bu binanın tikintisini reallaşdırıb. Mərkəz istifadəyə veriləndən sonra burada yüzdən çox adama iş yeri açılacaq. Odur ki, bu xeyirxah iş çoxlarının marağına səbəb olub.

Sahibkar binanın qarşısındakı geniş səkini, bir küçəni də komet daşları ilə bəzəyib. Binanın qarşısında güllər, dekorativ ağaclar əkiləcək. Çox çəkməz ki, mərkəzin sahəsi daha da genişləndiriləcək. Buraya beşmərtəbəli bir bina qovuşacaq. Onda Mərkəzin xidmət sahələri daha da çoxalacaq.

Saleh Hüseynov Rusiyada yaşayan imkanlı gənclərə də rayona gəlib əldə etdikləri sərmayəni şəhərimizin daha da gözəlləşməsinə, yeni yaraşıqlı sosial-mədəni, xidmət binaların ünvan tapmasına sərf etməyə çağırır.

Əlihüseyn Şükürov,
Həsənağa Əlıiyev,
Vəkil Ağayev (foto).

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !