"Yeməyimə mismar atıb məni öldürmək istədilər" -

"Yeməyimə mismar atıb məni öldürmək istədilər"

"1991-1992-cı illərdə sənətdə iri addımlarla gedirdim. O vaxt yeməyimə balaca mismar atmışdılar və boğazımda qalmışdı. Amma idmanla məşğul olurdum deyə hiss etmirdim xəstəliyim, dərdim nədir. 3 ilə yaxın o mismar mənim boğazımda qaldı".
Bu sözləri meyxanaçı Namiq Məna ARB TV-nin "Ona qalsa" verilişində. Sənətçi ona qarşı sui-qəsd edilməsindən söz açıb:
"Artıq həyatdan köçməyimə 10-15 gün qalmışdı. Elə məsələr var ki, onu sözlə ifadə etmək çətindir. 3 il ərzindı böyük çətinliklərlə rastlaşdım. Təsəvvür edin ki, dərdini biləsən nədir, onu müalicə edəsən. Dərdim bilmirdim nədir. Boğazım sancanda elə bilirdim ki, el şənliyində çox iştirak etdiyim üçündür. Zaman keçdikcə təzyiq verdi, çox arıqlatdı və yatağa yıxdı.
Zəngəzur mahalında ağır ocaqlarımız var: MirSədi, MirMəhəmmədbaba ocağı. Onların xidmətçiləri olan Şəkil xala əlini boğazıma atdı və dedi ki, mismar yeyirsən? Əlini salıb mismarı çıxardı. Sağaldım və beynimə qan işlədi. O insanın kim olduğunu bilirəm və Allah onu cəzalandırdı. Ciddi xəstəlik tapdı və ona yaşamaq demək olarsa, canı ilə əlləşir. 22 yaşımda bu hadisə başıma gəldi". 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !