"Radio və televiziyanı səviyyəsizlərdən təmizləmək lazımdır" -

"Radio və televiziyanı səviyyəsizlərdən təmizləmək lazımdır"

"Dəyərlər dəyişdi. Yaxşı mahnı təhvil verib, gündəmsiz qalmaq olur. Amma heç 3-5 il mahnı buraxma, buna-ona cırmaq at, onun ailəsini müzakirə et, başqasının ailəsini dağıt. Bununla gündəmdə qalmaq olur".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "Show news" verilişində deyib. Müğənni şou-biznesdə hazırda haşananlardan narazı olduğunu bildirib:
"Bu gün və indi ilə yaşamaq düzgün deyil. 5-10 il sonra ilə yaşayıram ki, hansı mahnım dilə gələcək, nə deyəcəklər. Bizdə keyfiyyət vacib idi, indi kəmiyyət: kim nə qədər göründü.
Radionu və televiziyanı səviyyəsiz mahnılardan təmizləmək lazımdır. Əgər müğənninin görünüşü yaxşıdırsa, danışığı zaydırsa, onu danışdırmayın. Ancaq oxumağa çağırın. Özü də biabır olur, tamaşaçı da irad bildirir. Bu da yaxşı hal deyil.
Rejissor Türkiyədən də, gürcüstandan da, Ukraynadan da ola bilər. İş öncədən danışmaq deyil, tamaşaçıdan rəy almaqdır". 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !