Fərəc Quliyev MSK-nı ittiham etdi: "Məni deyil Mehmanı..." -

Fərəc Quliyev MSK-nı ittiham etdi: "Məni deyil Mehmanı..."

31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Mərkəzi Seçki Komissiyasının (MSK) ona xəbərdarlıq etməsi qərarına münasibət bildirib. Bununla bağlı partiyanın rəsmi “Facebook” səhifəsində F.Quliyevin videomüraciəti paylaşılıb.
O bildirib ki, rəqibi Mehman Hüseynovun şikayəti əsasında MSK-da müzakirə aparılıb. F.Quliyevin fikrincə MSK onun deyil, M.Hüseynovun barəsində qərar çıxarmalı idi: “Çünki rəqibi nüfuzdan salan, hətta ailəsinə toxunan ifadələr işlədilərsə bunu MSK-ya bildirmək lazım deyil. Ona görə ki, bu, onların gözü qarşısında baş verib. Dünyanın hər yerində bütün namizədlər öz rəqiblərini dəstəkçisinə çevirmək praktikasından istifadə edirlər. Hətta seçkidən sonra bir partiyadan digərinə transferlər də olur. Mən namizədlərlə danışıqlar mərhələsində Mehan Hüseynovu yanıma çağırıb onunla söhbət etmişdim. Ona vəkilim olmasını da təklif etmişdim. Onunla danışıqlarımı boyayıb düzəldib, 45 dəqiqəlik söhbətin içərisindən 5 dəqiqəlik səs yazısını yaymaq və bununla bağlı şikayət etməyin nə qədər doğru olduğunu bilmirəm. Burada məqsəd şantajdır. Ancaq bununla bağlı MSK-nın mənə xəbərdarlıq etməyini başa düşə bilmirəm”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !