- Azərbaycanda ilk dəfə I LOQOPEDİYA KONFRANSI keçiriləcək.

Azərbaycanda ilk dəfə “I LOQOPEDİYA KONFRANSI” keçiriləcək.

Azərbaycanda ilk dəfə “I LOQOPEDİYA KONFRANSI” keçiriləcək.

 “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Binəqədi rayon İcra Hakimiyyəti, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi və "Ləzzət" kulinariya evinin dəstəyi ilə Azərbaycanda ilk dəfə Loqopedik və Defektoloji sahə üzrə beynəlxalq konfrans keçiriləcək.

Konfransın məqsədi Azərbaycanda Loqopediya və Defektologiya sahəsi üzrə çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, bu sahəyə marağı olan şəxslərin nəzəri və praktiki biliklərinin genişləndirilməsi və nitq qüsurları olan insanların müalicəsinə diqqəti artırmaqdan ibarətdir.

Konfransda floortime (Uşağın duyu, dil, motor bacarıqlarını dəyərləndirən və uşağın inkişaf səviyyəsini artırmaqda kömək edən yerdə oyun və ya oyunla terapiya adlı vasitədir ), nitq qüsurları, uşaqların erkən inkişaf dövründə yaranan problemləri, onların diaqnostikası və korreksiyası (doğuşdan 3 yaşa qədər), uşaqlarda nitq qüsuru kimi görünən psixoloji narahatlıqlar, dislaliya və onun korreksiyası kimi mövzular üzrə panellər təşkil ediləcək.

Qeyd edək ki, konfrans 3 gün davam edəcək.

Konfransın açılış mərasimi 29 fevral tarixində Binəqədi Rayon İcra Hakimiyyətində akt zalında təşkil ediləcək.

Qeydiyyat üçün +994559764846 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !