Deputatığa namizəd Məhsəti Hüseynova: - ...Seçkilərin saxtalaşdırılmasında vasitə olmayın!!!

Deputatığa namizəd Məhsəti Hüseynova: ...Seçkilərin saxtalaşdırılmasında vasitə olmayın!!! “

 “Dəyərli müəllimlər, həkimlər və seçkidə çalışan hər kəs!
Seçkilərin saxtalaşdırılmasında vasitə olmayın!!! “

20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Məhsəti Hüseynova Əli qızı təşviqat-təbliğat prosesinin son günü öz sosial şəbəkəsində belə bir müraciətlə diqqəti çəkdi.

“Daha öncə keçirilən seçkilərdə orta məktəb müəllimlərinin adı seçkilərin saxtalaşdırılmasında hallanırdı. Keçən il dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı bir neçə məntəqədə səs verməyə çalışdığı iddia edilən müəllimlər gündəm olmuşdu. Bu məqamlar müəllimlərin nüfuzuna da xələl gətirir. İnsanlar düşünürlər ki, orta məktəblər, uşaq bağçaları, poliklinikalarda direktorlardan və ya işinə görə rəhbərlərdən asılı olan müəllimlər, həkimlər seçki saxtalaşdırmasına cəhd edən şəxslər üçün effektiv vasitədir.
Dəyərli müəllimlər, həkimlər və seçkidə çalışan hər kəs!
Seçkilərin saxtalaşdırılmasında vasitə olmayın!!!
Bu il hər şey fərqli olmalıdır ki, insanlarda yenidən inam yaransın!!!
Xalqımız seçkilərin şəffaflığına güvənsin!”

Çox aktiv təbliğat prosesi aparan Məhsəti Hüseynova təbliğat zamanı hər gün seçicilərlə görüşüb onların problemlərini işıqlandırması ilə Nərimanov sakinlərinin diqqətini çəkməyi bacardı.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !