Övlad dünyaya gətirmək qəhrəmanlıq deyil - - Sevda Ələkbərzadə

“Övlad dünyaya gətirmək qəhrəmanlıq deyil” - Sevda Ələkbərzadə

“Kişi kimi qadın” ifadəsi xoşuma gəlmir. Amma düşünülən kimi güclü qadın deyiləm”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə qonaq olduğu “Gün başladı” proqramında deyib.
O, qadınlar barədə danışarkən bu fikirləri səsləndirib:
“Ən böyük dərs həyatın bizə verdiyidir. Allah bizə güc verib, tək deyilik. Həyata övlad gətirmək qəhrəmanlıq deyil. Bu, təbiətin qanunudur. Fikir versəniz, görərsiniz ki, dünyada sözünü deyən məşhur qadınlar tənha olanlardır. Hər insana məsləhət verə bilmərəm. Dostlar da hərdən yaxşı məsləhət verə, düzgün yönləndirə bilmir. Çıxılmaz vəziyyətə düşəndə psixoloqa getsinlər”.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !