"Azərbaycan Skautlarının hərbi yaddaşı" layihəsinin növbəti tədbiri -

"Azərbaycan Skautlarının hərbi yaddaşı" layihəsinin növbəti tədbiri

 Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsi çərçivəsində qalib olmuş "Azərbaycan Skautlarının hərbi yaddaşı" layihəsinin növbəti tədbiri 2 fevral 2020-ci ildə Lənkəranda baş tutmuşdur.

Lənkəran Gənclərinin Karyera və İnkişaf Mərkəzində baş tutan tədbir Azərbaycan Respublikanın Dövlət Himninin səsləndirilməsi ilə başlamış,iştirakçılara Azərbaycan Respublikası Gənclər Fondu,Azərbaycan Skautlar Assosiasiyası və layihə haqqında məlumat verilmiş,layihə çərçivəsində çap olunmuş "Azərbaycan hərbiçiləri və skautları" kitabçası təqdim edilmiş,layihənin məqsədi,əldə etdiyi nəticələr iştirakçıların nəzərinə çatdırılmışdır.
Komanda işləri ilə davam edən tədbirdə təlimçi Fərman Məmmədov tərəfindən "Vikipediya və sosial mediada tanıtım yolları" adlı təlim keçirilmiş,Vikipediya,axtarış,haqqında biliklər,Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında sosial mediyanın gücü haqqında mülahizələr iştirakçıların diqqətinə çatdırılmışdır.
Belə ki,iştirakçılar qruplara bölünmüş,hər bir qrupa vikipediyadan axtarış aparmaqla Vətənimizin işğal altında olan torpaqları haqqında çıxışların hazırlanması tapşırılmışdır. Qruplar mövzular üzrə təqdimatlar keçirmiş,sonra onların hər birinə iştiraklarını təsdiqləyən sertifikatlar təqdim olunmuşdur.
Qeyd edək ki, "Azərbaycan Skautlarının hərbi yaddaşı" layihəsinin növbəti tədbirinin Xaçmazda keçirilməsi və "Azərbaycan hərbiçiləri və skautları" kitabçasının ingiliscə çap olunması planlaşdırılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !