Parlament seçkilərinin favoriti kimdir? - - Rufiz Qonaqovdan seçki AÇIQLAMASI

Parlament seçkilərinin favoriti kimdir? - Rufiz Qonaqovdan seçki AÇIQLAMASI

 Parlament seçkilərinə sayılı günlər qalır.

Artıq seçkiqabağı təşviqat mərhələsi yekunlaşır. Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Seçki prosesi necə gedir? Bu seçki əsas müşahidə olunan fərqli nüanslar hansılardır?

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Rufiz Qonaqov Cebhe.info-ya açıqlamasında seçki prosesini dəyərləndirib.

Onun sözlərinə görə, seçki prosesi normal gedir:

“Ümumiyyətlə, seçki prosesini yüksək qiymətləndirirəm. Tam demokratik şəraitdə keçən proses namizədlərin çoxluğu ilə yadda qaldı. Seçki prosesi olduqca yüksək fəallıqla keçir. Dairələrin əksəriyyətində müxtəlif siyasi partiyaları təmsil edən, heç bir partiyanın üzvü olmayan çoxsaylı bitərəf namizədlər var. Xüsusi qeyd etmək istərdim ki, namizədlər sırasında gənclərin, qadınların sayı da çoxdur”.

“Seçkinin favoriti YAP-dır”

R.Qonaqovun sözlərinə görə, bu seçkilərdə də əsas favorit Yeni Azərbaycan Partiyasıdır:

“YAP-ın ölkədə sosial bazası və dayaqları kifayət qədər güclüdür. Seçkilərdə ən çox namizədlə də YAP iştirak edir. Namizədlərin aktivliyi baxımından da YAP üstünlük təşkil edir. Əgər digər partiyalara nəzər salsaq görərik ki, heç bir siyasi partiya dairələr üzrə YAP qədər namizəd irəli sürməyib. Bəzi siyasi partiyalar yalnız dairələrin yarısını, bəziləri üçdə birini əhatə edib. Partiya üzvü olan namizədlər də, bitərəflər də seçki prosesində çox aktivdirlər. Bu da onu göstərir ki, parlament seçkilərinə maraq həddindən artıq yüksəkdir. Eyni zamanda dairələr üzrə seçki kampaniyasına təhlil etsək görərik ki, dairələrin hər birində rəqabət var və bərabər imkanlar şəraitində seçki kampaniyası davam edir. Vətəndaş cəmiyyətinin üzvləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, QHT rəhbərləri, siyasi partiya üzvü olan və olmayan namizədlər ölkə boyu aktiv seçki kampaniyası aparırlar. Seçkilərə beynəlxalq təşkilatlar da böyük maraq göstərirlər”.

R.Qonaqov qeyd edib ki, 9 fevralda Azərbaycanda növbəti dəfə demokratiya təntənəsinin şahidi olacağıq.

Vilayət Muxtar
Cebhe.info

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !