Ağcabədidə Deputatlığa namizədlərlə seçicilərin görüşü davam edir - FOTO=24 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

Ağcabədidə Deputatlığa namizədlərlə seçicilərin görüşü davam edir FOTO=24 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

 82 saylı Ağcabədi seçki dairəsindən deputatlığa namizədlərin seçicilərlə görüşü davam edir.
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Tahir Rzayevin seçicilərlə növbəti görüşü fevral ayının 5-də Ağcabədi şəhər Mədəniyyət mərkəzində keçirilmişdir.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, görüşü Yeni Azərbaycan Partiyası Mərkəzi seçki qərargahının üzvü Nazim Bünyatov açaraq 09 fevral 2020-ci il tarixdə Milli Məclisə keçiriləcək seçkilər barədə məlumat vermiş, deputatlığa namizəd Tahir Rzayevi seçicilərə təqdim etmişdir.
Görüşdə deputatlığa namizəd Tahir Rzayevin vəkili Ədalət Hüseynov çıxış edərək Tahir Rzayevin həyatı və əmək fəaliyyəti barədə seçicilərə geniş məlumat vermişdir.
Deputatlığa namizəd Tahir Rzayev çıxış edərək seçiciləri salamlamış, onunla görüşə gəldikləri üçün minnətdarlıq etmişdir.
Tahir Rzayev çıxışında son dövlərdə ölkədə həyata keçirilən islahatlar, bunun nəticəsində ölkə iqtisadiyyatında mühüm irəliləyişlərin bərqərar olduğunu, əhalinin maddi rifahının və pul gəlirlərinin yüksəlməsi üçün Ölkə Prezidentinin davamlı olaraq verdiyi sərəncamlar, həyata keçirilən uğurlu layihələr nəticəsində ölkənin Beynəlxalq miqyasda reytinqinin yüksəldiyini qeyd etmişdir.
Tahir Rzayev 4 dəfə Ağcabədi rayonun seçicilərinin ona etimad göstərdiyini və bu etimadı doğrultmaq üçün daim əhali ilə sıx təmasda olmağa çalışdığını və onları narahat edən problemlərin həlli üçün aiddiyatı qurumlar qarşısında məsələ qaldırdığını vurğulamış, Yeni Azərbaycan Partiyasının seçki proqramı ilə seçiciləri tanış etmiş, yenidən ona etimad göstərərlərsə, daim onların yanında olacaqlarını bəyan etmişdir.
Seçicilər adından Eldəniz Qənbərov, Nüşabə İbrahimova, Saragül Həsənova, Şirxan Hüseynov, İlqar Hüseynov çıxış edərək Yeni Azərbaycan Partiyasının layiqli namizədi Tahir Rzayevə səs verəcəklərini bildirmişlər.
82 saylı Ağcabədi Dairəsi üzrə 9 nəfərin namizədliyi qeydə alınmışdır. Namizədlərdən 3 nəfəri müxtəlif partiyalar tərəfindən irəli sürülmüş, 6 nəfəri isə namizədliyini özü irəli sürmüşdür.
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Tahir Rzayev namziədlər içərisində seçicilərlə ən çox görüş keçirən namizəddir. Tahir Rzayev nəzərdə tutulmuş açıq və qapalı yerlərdə 40-dan artıq görüş keçirilmiş, 3000 nəfərdən artıq seçici ilə görüşmüşdür.
Deputatlığa namizədlər içərisində elələri də vardır ki, seçicilərlə nəzərdə tutulan açıq və qapalı yerlərdə deyil, çayxanalarda və digər yerlərdə görüşlər keçirir, başqa namizədlər barədə xoşagəlməz, həqiqəti təhrif edən məlumatlar yayır, yalançı vədlər verərək, seçicilər arasında çaşqınlıq yaratmağa çalışırlar. Elə namizədlər də vardır ki, seçicilərlə heç bir görüş keçirmirlər. Seçki qabağı təbliğat-təşviqat kompaniyası sivil qaydada həyata keçməli, mövcud qanunvericilik çərçivəsində aparılmalıdır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !