Gülağa Tənha - "Hardasan?"

Gülağa Tənha "Hardasan?"

Anlar olur ki, yaranan sualı ünvanına yönləndirə bilmirsən, bu məqamda şairlərin dadına həmişə qələm çatır: İçinə yığılıb qalan bütün sualları səsləndirməyə imkan verir və bir də görürsən hisslərlə bəzədilmiş sual cavabın dəyərindən daha yüksək mərtəbəyə ucalıb.


Gülağa Tənha " HARDASAN? "

Sənsiz odu sönmüş ocaq kimiyəm,
Qanadı qırılmış soraq kimiyəm,
Titrəyən, uçunan çıraq kimiyəm,
Hardasan?

Ümid bağlayıram hər gələn ilə,
Bacara bilmirəm ürəyim ilə.
Məni intizarda üzürsən hələ,
Hardasan?

Bu günün içindən dünənə döndüm,
Çiçəyi saralmış çəmənə döndüm,
Təbrizi dolaşdım, Yəmənə döndüm,
Hardasan?

Günəşi gülməyən səhər kimiyəm,
İndi könül dağı, ürək qəmiyəm,
Ruhu dağ-dağ olan can sitəmiyəm,
Hardasan?

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !