Əməkdar artistlər Aynişanın toyundan küsüb gediblər -

Əməkdar artistlər Aynişanın toyundan küsüb gediblər

Əməkdar artistlər Aybəniz Haşımova ilə Firuzə İbadova arasında inciklik yaşanıb.
Axşam.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl qızı Aynişan Quliyevaya toy edən Haşımova həmkarının xətrinə dəyib. Nəticədə, İbadova toyu yarımçıq tərk edib. Belə ki, müğənni toya gecikdiyi üçün A.Haşımova ondan incidiyini vurğulayıb. Bu isə F.İbadovanın xoşuna gəlməyib. O, həmkarının iradını qəbul etməyib.
Bəzi sənət dostlarının təkidi ilə şəkil çəkdirən müğənni toyda yalnız bir neçə dəqiqə oturub. İbadovanı şadlıq evinin dəhlizində gözləyən duet ortağı Cavanşir Məmmədov da toya qatılmayıb.
Onların toya gecikmə səbəbi isə başqa bir məclisdə iştirak etmələri olub.
Qeyd edək ki, Aynişan Kənan adlı fitnes müəllimi ilə ailə qurub. Cütlüyün oğlan toyu fevralın 8-də Ağcəbədidə olacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !