Qürbətdən Vətən Sədaları: İsrail-Azərbaycan layihəsi baş tutdu -

“Qürbətdən Vətən Sədaları: İsrail-Azərbaycan” layihəsi baş tutdu

 2 fevral 2020-ci ildə İsrailin Tel-Əviv şəhərinin Rusiya Mədəniyyət Mərkəzində “Qürbətdən Vətən Sədaları: İsrail-Azərbaycan” layihəsi baş tutdu. Azərbaycan Gənclər Gününə təsadüf edən layihə Azərbaycan Gənclər Fondunun 13-cü qrant müsabiqəsində bəstəkar İsrafilova İlahə Qismət tərəfindən qalib elan edilmişdir. Azərbaycan mədəniyyətinə və milli qəhrəmanı A. Aqarunovun əziz xatirəsinə həsr olunmuş tədbirin İsrail tərəfdən təşkilati dəstəyi “AZİZ” Beynəlxalq İsrail-Azərbaycan Assosasiyası olmuşdur.
Layihə İsraildə yaşayan Azərbaycanlı gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsini, həmçinin tədbir vasitəsi ilə Azərbaycan həqiqətlərinin Dünya ictimaiyyətinə bir daha çatdırılmasını əsas məqsəd götürüb. Tərbirin rəsmi hissəsində “AZİZ” Assosiasiyasının nümayiəndəsi Yana Salman, AGF Gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov, layihə rəhbəri İsrafilova İlahə, rejissor Səadət Şükürova tədbirin əhəmiyyəti haqqında çıxış etdilər. Bədii hissədə Azərbaycandan İsrailə yollanmış Bakı Musiqi Akademiyasının əməkdaşları və məzunları: AR xalq artisti Zümrüd Məmmədovanın, beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli (piano), Neymət Mürsəlov (tar), İlahə İsrafilova (bəstəkar) iştirakı ilə yanaşı İsraildə təhsil alan azərbaycanlı peşəkar skripkaçılar Zərifə Alxazova və Qəmər Kərimlinin iştirak ediblər. Tədbirdə “Vətən” mövzulu əsərlərlə bahəm Azərbaycanın görkəmli bəstəkarları Ü. Hacıbəyli,V. Adıgözəlov, Q. Qarayev, F. Əlizadə, İ.İsrafilova, K. Əkbərov, A. Əzizova əsərləri ilə yanaşı, xarici klassik bəstəkarların A.Skryabin, S.Raxmaninov, İ. Shapira musiqilərindən ibarət konsert proqramı səsləndi. Tədbir dinləyicilər tərəfindən geniş maraqla qarşılandı. Tədbir sonunda iştiraakçılar diplom və hədiyyələrlə mükafatlandırıldılar.

Lale Namiqqizi

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !