Sevdiyim qıza görə universitetə daxil oldum - -FOTO=2

“Sevdiyim qıza görə universitetə daxil oldum” -FOTO=2

“Bülbülə qəsəbəsindənəm. Mən Azərbaycanca danışa bilirəm, sadəcə rus dilində danışmaq mənə daha rahatdır. Əslində, bloqqerəm, eyni zamanda biznesmen və müğənniyəm”.
Axşam.az xəbər verir ki, bu sözləri “ATV maqazin onlarla” verilişinə müsahibəsində Rusiyada fəaliyyət göstərən azərbaycanlı bloqqer Hüseyn Həsənov (Gusein Gasanov) deyib.
O, özü haqda bilinməyənləri danışıb:
“Düşünürəm ki, bir yerdə dayanmaq olmaz, inkişaf etmək lazımdır. Hazırda isə filmə çəkilmək istəyən aktyoram. Sank-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetini bitirmişəm. İqtisadçıyam. Heç bilirsiniz universitetə necə qəbul olunmuşam? Məktəbdə bir qız var idi, onu sevirdim. O, həmin universitetə daxil olmuşdu. Elə oldu ki, mən də qıza görə universitetə daxil oldum. Əslində, vəkil olmaq istəyirdim. Oxuduğum müddətdə bilirdim ki, ixtisasım üzrə işləməyəcəm. Universitet yaxşı təcrübədir. Orada yaxşı dostlar qazandım”.
Bloqqer bildirib ki, Röya ilə duet oxumaq istəyir:
“Azərbaycan mənim vətənimdir. Ora getməyi, qohumlarımı ziyarət etməyi çox sevirəm. İstəyirəm ki, Bakıda video çəkim. Röyanı çox bəyənirəm. Müğənni kimi tanıyıram, amma insan kimi yox... Uşaqlıqda necə görmüşdümsə, elə də qalıb. İllər onu dəyişməyib. Onunla duet oxumağı çox istəyərdim”.
H.Həsənov evlənmək niyyətinin olduğunu da söyləyib:
“Evli deyiləm, amma evlənmək istəyirəm. Bu şəxsi tapmaq çox çətindir. Gənclərə məsləhətim budur ki, qarşılarına məqsəd qoysunlar. Bir neçə il öncə mən mağazada çalışırdım. İndi isə restoranım var. Əgər desələr ki, bu səndə alınmaycaq. Heç kimə qulaq asma, göstər ki, sən bacararsan!”.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !