Kişilər haqqında dediyi söz başına bəla oldu - -FOTO

Kişilər haqqında dediyi söz başına bəla oldu -FOTO

 

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Hürriyet saytına müsahibə verib.
Axşam.az xəbər verir ki, son olaraq "Aşk tesadüfleri sever 2" filmində çəkilən aktrisa "Çirkin kişiləri sevərəm" sözlərinə aydınlıq gətirib:
"Nənəm çox yaraşıqlı birinə ərə gedib. Həmişə deyərdi ki, babamın ətrafında qızlar çox olurdu. Ona görə mənə məsləhət etmişdi ki, eybəcər birinə ərə gedim. Mən də bir dəfə müsahibədə dedijm ki, çirkin kişiləri də sevə bilərəm. Ondan sonra başım ağradı. Hamı mənə şəklini atıb "Məni sevə bilərsən?" deyə yazırdılar.
Tez-tez iki nəfər arasında sevgi mövzusunda olan ekran işlərinə çəkilən Cavadzadə "Sizə görə eşq nədir? " sualını isə belə cavablandırıb:
"Bir şey yaşanamadığı zaman eşq, yaşandığı zaman münasibət olur. Mənim də ağlımı, ürəyimi həmişə yaşaya bilmədiyim eşqlər məşğul edib". 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !