Yığmamız Rusiya üzərində ilk qələbəsini qazanıb - İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=2

Yığmamız Rusiya üzərində ilk qələbəsini qazanıb İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=2

 FUTZAL
-----------------------------------------------------------
Yəğmamız Rusiya üzərində ilk qələbəsini qazanıb


Yanvarın 29-da futzal üzrə dünya çempionatının (DÇ-2020) elit-raund mərhələsinə start verilib. Mu mərhələdə Azərbaycan millisi də daxil olmaqla Avropanın 8 ən yaxşı yığması mübarizəyə qatılıb. Baş məşqçisi braziliyalı mütəxəssis Joze Alesio olan Azərbaycan milisi Xorvatiya, Rusiya və Slovakiya komandası ilə birlikdə D qrupunda mübarizəyə qatılıb. Turnirə Xorvatiya ev sahibliyi edir. Xatırladaq ki, yığmamız ilk matçını ev sahibi olan Xorvatiyaya qarşı keçirib. Osiek şəhərində yerləşən "Qradsk Arena"da baş tutan həmin oyunda millimiz 0:2 hesablf uduzub. Qapımıza vurulan qolların müəllifi Luka Periç (4-cü dəq) və Franki Jelovçiç (38) olub. Həmin gün qrupumuzda keçirilən digər oyunda isə Rusiya komandası Slovakiyanı 7:1 hesabla darmadağın edib.
Beləliklə, turnirə məğlubiyyətlə başlayan millimiz ikinci turda futzal dünyasının nəhənglərindən biri olan Rusiya ilə qarşılaşıb. Qarşılaşma gözlənildiyindən də artıq səviyyədə gərgin keçib. Qeyd edək ki, bu oyuna qədər millimiz şimallı qonşularımızla keçirdiyi 8 oyundan 7-sində uduzub yalnız 1-də heç-heçə edə bilmişdi. Ona görə də yığmamızın ruslarla oyunda möcüzə göstərəcəyi o qədər də inandırıcı deyildi. Amma bununla belə Rusiyanın favorit hesab edildiyi oyunda millimiz xarakter nümayiş etdirməklə həm turnirdə, həm də əzəli rəqibi (qənimi) olan Rusiya komandasını məğlub etməyi bacarıb - 4:3. Qarşılaşmanın 2-ci dəqiqəsində yığmamızın üzvü Rafail Vilela hesabı açıb - 1:0. 16-cı dəqiqədə Romulo dəqə zərbə ilə pozulmuş statusu bərpa edib - 1:1. Bundan 2 dəqiqə sonra Davidov qapımıza yol tapmaqla hesabı rusların xeyrinə dəyişib - 1:2. Oyunun mahiyyətini və həlledici olduğunu dərk edən komandamız hücumları davam etdirib. 34-cü dəqiqədə Kardos Everton səhnəyə çıxıb - 2:2. Bunun ardından İsa Atayev dəqiq zərbəylə komandamızı hesabda irəli cıxarıb - 3:2. Matşın başa çatmasına saniyələr qalanda Everton özünün 2-ci, yığmamızın isə 4-cü və qələbə topunu vurub - 4:2. Bundan sonra ruslar bu qollardan yalnız birinin əvəzini çıxa biliblər - 4:3. Bununla da Azərbaycan millisi güclü rəqib üzərində vacib bir qələbə qazanıb. İkinci turda keçirilən digər oyunda Xorvatiya Slovakiyanı məğlub edib - 3:2. Millimiz son matçıni fevralın 1-də Slovakiyaya qarşı keçirəcə.
Hazırda komandaların yarış cədvəlində vəziyyət belədir:
Xorvatiya ------2 2 0 0     5:2    6
Azərbaycan---2 1 0 1     4:5    3
Rusiya ---------2 1 0 1     10:5  3
Slovakiya -----2 0 0 2     3:10  0
Qeyd: Reqlamentə görə qrup liderləri DÇ-2020-nin bu ilin sentyabrında Litvada keçiriləcək final mərhələsinə lisenziya qazanacaq. Qrup ikinciləri isə pley-offda mübarizəni davam etdirəcəklər.

İNTİQAM.
Hazırda komandaların turnir cədvəlindəki vəziyyəti belədir:

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !