Loqos – da 2 fevral – Gənclər günü münasibətilə tədbir keçirilib -

“Loqos” – da 2 fevral – Gənclər günü münasibətilə tədbir keçirilib

 Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi 2 fevral – Gənclər günü münasibətilə tədbir keçirib.
Tədbirdə Mərkəzin sədri Təranə Məmmədova, Azərbaycan Dillər Universiteti rektorunun ictimai və sosial məsələlər üzrə müşaviri, Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri, 22 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa Yeni Azərbaycan Partiyasının vahid namizədi Sərraf Hüseynov və fəal gənclər iştirak ediblər.
Əvvəlcə Mərkəzin icraçı direktoru Leyla Rəhimova tədbiri açıq elan edib və tədbirin proqramı haqqında ətraflı məlumat verib.
Sonra Mərkəzin sədri Təranə Məmmədova gəncləri təbrik edərək, onlara uğurlar arzulayıb. Natiq bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla icra edilən gənclər siyasətinin hazırki gənc nəslin qarşısında yeni-yeni üfüqlər açıb.
Daha sonra “Azərbaycan gəncliyi” mövzusunda çıxış edən Sərraf Hüseynov qeyd edib ki, gənclik aparıcı qüvvə olmaqla dövlətin cəmiyyətdəki dayaqlarını möhkəmləndirir, həyata keçirilən dövlət siyasətinin dəstəklənməsinə və müvəffəqiyyətlə həyata keçirilməsinə təminat verir. Gənclər dövlətin gələcək idarəçiləri, qabaqcıllarıdır. Sağlam düşüncəyə, təfəkkürə, əqidəyə malik yeni nəslin formalaşması dövlətin parlaq inkişafının qarantı rolunda çıxış edir. Gənclər zamanın istənilən kəsimində böyük yaradıcı və güc sahibi olduqlarından, onların düzgün istiqamətləndirilməsi nəticəsində dövlətçiliyin gələcəyini qorumaq mümkün olur. Bu da bir faktdır ki, gənc nəslin inkişaf səviyyəsi həmin dövlətin və ya cəmiyyətin sosial-iqtisadi, mənəvi-mədəni, eyni zamanda, siyasi həyatının tərəqqi göstəricisinə çevrilir.
Çıxışlardan sonra tədbir bəddi hissə ilə davam edibdir.
Sonda Mərkəzin bir qrup fəal gənclərinə təşəkkürnamələr təqdim edilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !