Ərəb milyarderləri Həbibə Konor və Floydla döyüşə görə 180 milyon avro vəd ediblər -

Ərəb milyarderləri Həbibə Konor və Floydla döyüşə görə 180 milyon avro vəd ediblər

UFC-nin yüngül çəkidə çempionu Həbib Nurməhəmmədova Konor Makqreqor və əfsanəvi boksçu Floyd Meyvezerlə döyüşə görə, təxminən 180 milyon avroya yaxın pul vəd edilib.
Bu barədə “The Sun” Həbibin meneceri Əli Abdel-Əzizə istinadən məlumat yayıb. 31 yaşlı döyüşçüyə bu təklif Səudiyyə Ərəbistanı milyarderlərindən gəlib. Onlar döyüşlərin Ər-Riyadda baş tutmasını istəyirlər.
Qeyd edək ki, Həbib Nurməhəmmədovun növbəti görüşü aprelin 18-də Toni Ferqyusonla olacaq.
UFC prezidenti Dan Uayt bildirib ki, Nurmaqomedov bu görüşdə qələbə qazandığı təqdirdə, onunla Konor arasındakı revanş bu ilin payızında baş tutacaq. Revanş Ramazan bayramından sonra bu ilin sentyabr, oktyabr və ya noyabr ayında keçiriləcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !