Deputatlığa namizədliyini geri götürənlərin sayı açıqlandı - - SON MƏLUMAT

Deputatlığa namizədliyini geri götürənlərin sayı açıqlandı - SON MƏLUMAT

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.
AZpressAZ Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 313 nəfəri deputatlığa namizədliyini geri götürüb. Başqa sözlə, fevralın 1-də Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizədlərdən daha 1 nəfər namizədliyini geri götürüb.
Hazırda deputatlığa namizədlərin sayı 1324 nəfərdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !