Təhsil naziri Çində təhsil alan azərbaycanlı tələbələrin sayını - AÇIQLADI

Təhsil naziri Çində təhsil alan azərbaycanlı tələbələrin sayını AÇIQLADI

"Çindəki tələbələrlə mütəmadi olaraq, həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də Çindəki Azərbaycan səfirliyi vasitəsilə əlaqə saxlanılır".
AZpress.AZ
APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Naziri Ceyhun Bayramov deyib. O bildirib ki, Çində hökumətlərarası saziş əsasında 62 nəfər azərbaycanlı tələbə, ümumilikdə isə 500-ə yaxın azərbaycanlı gənc təhsil alır: "Onların böyük hissəsi Azərbaycandadır. Bəzi tələbələr isə Çinin digər şəhərlərinə yerləşdirilib. Onlar ciddi təhlükəyə baxmadan orada qalmağa üstünlük veriblər. Ancaq bütün dövlət orqanları məsələni nəzarətdə saxlayır. Vətənə dönmək istəyənlərin geri qaytarılması ilə bağlı hər hansı problem yoxdur".
Nazir qeyd edib ki, hazırda Azərbaycanda 94 nəfər Çin vətəndaşı təhsil alır: "Bir nəfər çinli tələbə özünün narahatlığı olduğu üçün tibb müəssisəsinə yerləşdirilib. Bakı Dövlət Universitetinin rəhbərliyi mütəmadi olaraq onunla əlaqə saxlayır. Onun səhhətində hər hansı problemlər mövcud deyil". 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !