Koronavirusun mənbəyi olan "yarasa şorbası" Bakıdakı Çin restoranlarında verilirmi? - - SORĞU

Koronavirusun mənbəyi olan "yarasa şorbası" Bakıdakı Çin restoranlarında verilirmi? - SORĞU

Çinin Uhan şəhərindən yeni tip koronavirusun sürətlə yayılması insan ölümlərinə səbəb olmaqda davam edir. 19 ölkəyə yayılan virusun mənbəyinin Çinin məşhur yeməklərindən biri sayılan yarasa şorbası olduğu deyilir. Virusun qidadan yayılması ağıllara ölkəmizdə fəaliyyət göstərən Çin restoranlarını gətirir. Bəs Bakıda fəaliyyət göstərən və Çin mətbəxini təmsil edən restoranlarda yarasa şorbası verilirmi? Ümumiyyətlə restoranlar məhsulları haradan gətirirlər və müştərilər arasında azalma müşahidə edilirmi?
Yeniavaz.com olaraq Bakı şəhərində fəaliyyət göstərən Çin restoranları arasında sorğu keçirdik.
“Jasmine” restoranından saytımızın sorğusuna cavab olaraq bildirdilər ki, müştərilər arasında nə artım, nə də azalma müşahidə edilir: “Müştərilərimiz stabil olaraq qalmaqdadır. Məhsullarımıza gəldikdə isə dəniz məhsulları Lüksemburqdan gətirilir. Toyuq əti, balıq, tərəvəzlər, meyvələr isə ölkəmizdən alınır”.
“Hong Kong” restoranı isə Çindən ümumiyyətlə məhsul gətirmədiklərini bildirdi: “Müştərilərimizdə heç bir dəyişiklik müşahidə olunmur. Ümumiyyətlə biz öz məhsullarımızdan istifadə edirik. Çindən heçnə gətirmirik. Balıq, toyuq əti hamısı öz məhsulumuzdur. Bizdə nə çinli işçi, nə də aşpaz var”.
“Woki Oki” restoranından isə saytımıza bildirdilər ki, əvvəllər Çindən məhsul gətizdirsələr də, indi bu qiymət baxımından mümkün deyil: Bizdə təkcə Çin mətbəxi deyil, Asiya mətbəxidir. Eyni zamanda Çin üsulu ilə hazırlanan yeməklərdir. Buna görə Çindən birbaşa gətirdiyimiz məhsul yoxdur, yerli ət məhsullarından istifadə edirik. Əvvəllər Çindən məhsul gətizdirirdik, amma devalvasiyadan sonra qiymət baxımından bu mümkün deyil. Çünki ordan bir məhsul gətizdirsək, həmin yeməyin qiyməti aşağı olmayacaq. Müştərilərimiz arasında isə azalma yoxdur”.
“Asian Street Food” restoranı da Çindən məhsul gətirmədiklərini bildirdi: “Heç bir məhsulumuz Çindən gəlmədiyi üçün qorxulu hal yoxdur. Biz balıq və krablarımızı Norveçdən gətizdiririk, digər məhsullar isə özümüzünkülərdir. Əsasən mal əti, toyuq əti, balıq və krivetkalardan istifadə edirik. Müştərilərimiz arasında isə azalma müşahidə edilmir”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !