İDMAN YENİLİKLƏRİni - İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=6

İDMAN YENİLİKLƏRİni İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=6

 voleybol
--------------------------------
Yığmamızın üzvü Rusia çempionatının bombardirləri sırasında



Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının aparıcı oyunçularından biri olan Yelizaveta Səmədova hazırda formasını geyindiyi "Leninqradka" klubunda da öncüllərdəndir. Yığmamızın üzvü Rusia çempionatının 12-ci turu çərçivəsində "Minçanka"ya qarşı keçirilən oyunda da fərqlənib. Onun komandasının 1:3 hesabla uduzduğu qarşılaşmada voleybolçumuz özünün və komandasının aktivinə 20 xal yazdırmaqla matçın ən məhsuldar oyunçusu olub. Yeri gəlmişkən, Səmədova hazırda Rusiya çempinatının bombardirləri sırasında 7-cidir. O, həmçinin çempionatın 5 ən yaxşı top ötürənidir.
İNTİQAM

"Azərreyl" "Neftçi"ni haqlayıb


Bu gün kişi voleybolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan Super Liqasında daha bir oyun keçirilib. "Dərnəgul" massivindəki Voleybol Mərkəzində baş tutan oyunda "Azərreyl"lə "Sərhədçi" qarşılaşıb. Görüş birnicinin 3:1 hesablı qələbəsiylə bitib. Bu qəkləbədən sonra "dəmiryolçular" yarış cədvəlinə liderlik edən "Neftçi"ni haqlayaraq, onun şəriyinə çevirilib. Hazırda komandaların yarış cədvəlində vəziyyət belədir:
Neftçi - 6 xal (3 oyun), Azərreyl - 6 (3), Murov - 5 (3), MOİK - 4 (2), Xilasedici- 3 (1), Ekspress - 0 (3), Sərhədçi - 0 (1).
İNTİQAM


CÜDO
-------------------------
Rüstəm Orucov mövsümə dünya lideri kimi qatılır


Beynəlxalq Cüdo Federasiyası (İJF) ötən həftəsonu məvsümün Təl-Əvivdə (İzrail) kişi və qadın cüdoçular arasında keçirilən ilk QranPrisindən sonra cüdoçuların 2020--ci ildə yeni reytinq cədvəlini açıqlayıb. Qeyd edək cüdoçularımızın fiaskoya uğradıqları həmin turnirdən sonra tatmi ustalarımız arasında öz məvqeyini saxlayanlar, bir qədər irəliləyənlər və geriləyənlr də var. Maraqlıdır ki, İzrail turnirinə qatılmayan cüdoçumuz - Rüstəm Orucov (5977 reytinq xalı) öz çəkisinin lideri olaraq da qalıb. O, ən yaxın izləyicisi olan yaponiyalı Soiçi Haşimotanı cəmi 99 xal qabaqlayır. Həmin çəkidə çıxış edən digər cüdoçumuz - Hidayət Heydərov (4626) ilk üçlüyü tamamlayır. Yığmamızın qalan üzvlərinə gəlincə, 60 kq-da Kəramət Hüseynov (1242) 43-cü, Davud Məmmədsoy (726) 59-cu, Əhməd Yusifovsa (706) 61-ci yerdədir. 66 kq çəkidə güləşən Nicat Şıxəlizadə (2872) 2 pillə geriləməklə 21-ci, Təl-Əvivdə 7-ci yeri tutan Orxan Səfərovsa (1832) 1 pillə irəliləməklə 30-cu olub. 81 kq-da Murad Fətiyev (1224) 3 pillə geriləməklə 44-cü yerə düşüb. 90 kq-da Məmmədəli Mehdiyev (4489) 1 pillə, Tural Səfquliyevsə (881) 3 pillə geriləməklə müvafiq olaraq, 7 və 56-cı olub. 10 kq çəkidə Elmar Qasımov (3642) 15, həmin çəkidə Zəlim Kotsayevsə (3185) 1 pillə düşərək 17-ci olub. +100 kq-da Uşanqi Kokuari (2997) 15-ci yerdədir.
Zərif cinsdən olanlarımıza gəlincə, onlarda vəziyyət bir qədər gərgindi. Beləki, 48 kq-da Ayişə Qurbanlı (1466) 32-ci, onunla eyni çəkidə mübarizə aparan Leyla Əliyeva (1349) 33-cüdür. 52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva (1221) Top-40-ı tamamlayır. 57 kq-da çıxış edən və Təl-Əvivdə 7-ci yeri tutan AleksandraLarisa Florian (926) 2 pillə irəliləməklə 49-cu olub. Həmin çəkidə İçinxorlo Munkhtsedev (890) 50-cidir. Təəssüflər olsun ki, 63, 70, və 78 kq şəki dədrdcələrində çıxış edən təmsilçilərimizdən hətta Top-100-də belə yer alanı yoxdur. Yalnız +78 kq-da güləşən və Rüstəm Orucovdan cəmi 13 xal az toplayan İrina Kindzerska (5964) öz çəkisində 3-cü yerdədir.
Bir məqamı da qeyd edək ki, bu ilin may ayının sonuna qədər keçirilən yarışlardan sonra İJF cüdoçuların reytinq cədvəlinə əsasən Tokio Olimpiadasına gedəcək tatmi ustalarının adlarını elan edəcək. Reqlamentə görə kişilərdə hər çəkidə ilk 22, qadınlarda isə ilk 16 yerin sahibləri Tokio-2020-yə gedəcək. Bununla belə Olimpiadaya hər ölkədən yalnız bir cüdoçu gedəcək. Əgər göstərilən mövqedə bir ölkədən iki və daha çox cüdocu yer alarsa, onda onlardan yalnız mövqeyi daha yaxşı olan cüdoçuya üstünlük veriləcək.
İNTİQAM

=====================================================


FUTZAL
-----------------------------------------------------------
Yığmamız Osikede DÇ-2020-nin seçməsinə hazırlaşır


Yanvarın 29-da futzal üzrə 2020-ci ildə keçiriləcək dünya çempionatının (DC-2020) seçmə qrup oyunlarına start veriləcək. Xatırladaq ki, DÇ-nin elit-raund mərhələsinin C qrupunda yer alan millimiz Xorvatiya, Rusiya və Slovakiya millisi ilə mübarizə aparacaq. Baş məşqçisi braziliyalı mütəxəssis Joze Alesio olan yığmamız ilk matçını yanvarın 29-da, saat 23:00-da Xorvatiya, ikinci oyununu yanvarın 30-da, saat 20:00-da Rusiya qarşı keçirəcək. Milimiz fevralın 1-də, saat 20:00-da isə Slovakiya yığması ilə qarşılaşacaq. Xorvatiyanın Osiek şəhərindəki "Qradsk vrl Arena"da keçiriləcək oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
Azərbaycan milli komandasının bütün oyunları CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
İNTİQAM

===============================================

 

TENNİS
---------------------
Federerlə Cokoviç "Australian Open"nin yarımfinalında qarşılaşacaq

 


Yanvarın 20-də Melburnda (Avstraliya) startı verilən tennis üzrə keçirilən və mükafat fondu 49 milyon dollar təşkil edən "Australian Open-2020" artıq finiş xəttinə yaxınlaşmaqdadır. Mövsümün ilk "Böyük Dəbilqə" seriyasından olan turnirdə bu gün 2 yarımfinal oyunu keçirilib. Həmin oyunların birində isveçrəli "Tenis Kralı" ləqəbli Roje Federer amerikalı Tennis Sandqreni, digərində isə serbiyalı Novak Cokoviç kanadalı Miloş Raoniçi məğlub edərək turnirin yarımfinalına çıxıb. Xard örtüklü açıq kortda baş tutan oyunlarda Federer rəqibin matçbolda (5 setdə - 6:3, 2:6, 2:6, 7:6, 6:3), Cokoviç isə 3 setdə (6:4, 6:3, 7:6) məğlub edib. Bununla da Federer karyeraslnda 46-cı, Raoniçlə 10 görüşün hamısında qalib gələn Cokoviç isə 38-ci dəfə "Böyük Dəbilqə"nin yarımfinalçısı olub. Maraqlıdır ki, bu cütlük yarımfinalda üzləşməli olacaq. Onların sayca 50-ci dəfə qarşılaşacaq. Geridə qalan oyunlarda hesab - 26:23 olmaqla Cokoviçin xeyrinədir. Xatırladaq ki, Federer 2012-ci ildə keçirilən "Uimbldon"dan sonra Cokoviçi uda bilməyib. Cokoviç son dəfə Federeri 2019-cu ildə "Uimbldon"un finalında üstələyib.
Yeri gəlmişkən, daha 2 yarımfinal oyunu yanvarın 29-da keçiriləcək. Həmin oyunlarda dünyanın bir nömrəli raketka ustası olan ispaniyalı Rafael Nadal avstriyalı Dominik Timlə, isveçrəli Sten Vavrinksə almaniyalı Aleksandr Zverevlə qarşılaşacaq. Turnirə fevralın 2-də yekun vurulacaq.

Qadınların analoji yarışında da 1/4 finla start verilib. Burada isə dünyanın bir nömrəli qadın raketka ustası Eşli Barti (Avstraliya) və 21 yaşlı amerikalı Sofiya Kenin 1/2 finala şıxıb. Barti çexiyalı Petra Kvitovanı (7:6, 6:2), Keninsə tunisli Ons Jaberi (6:4, 6:4) məğlub edib. Yanvarın 29-da isə daha iki yarımfinalçı bəlii olacaq.

 

İNTİQAM

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !