Lənkəran teatrında yeni tamaşanın məşqləri aparılır - (AZpress.AZ, Ağaddin Babayev)

Lənkəran teatrında yeni tamaşanın məşqləri aparılır (AZpress.AZ, Ağaddin Babayev)

 Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın məşqlərinə start verilib. AZpress.AZ xəbər verir ki, , bu, fransız dramaturqu Marsel Berkye-Marinyenin "Oğru" komediyası əsasında hazırlanan tamaşadır.
Kasıb bir fransız ailəsinə xas olan klassik üçlük - ər, arvad və onun məşuqəsi arasındakı münasibətlərdən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Oruc Qurbanov, səhnə tərtibatçısı rəssam Tərlan Sadıxov, musiqi tərtibatçısı Miranda Qurbanovadır.
Əməkdar artist Sucəddin Mirzəyevin, Aynur Əhmədovanın, Sayad Əliyevin və Nizami Qurbanovun rol aldıqları bu tamaşanın martın birinci ongünlüyündə təhvil veriləcəyi nəzərdə tutulub.
Teatrdan bildirib ki, cari mövsümdə bu sənət ocağında həmçinin Xanımana Əlibəylinin 100 illik yubileyinə töhfə olaraq onun “Ləpələrin nağılı”, türk yazarı Suat Dərvişin “Fosforlu Cevriyyə” və Əli Əmirlinin “Hasarın o üzü” əsərlərinin də tamaşaya hazırlanması planlaşdırılıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !