82 saylı Ağcabədi Seçki Dairəsindən namizəd Tahir Rzayevin görüşləri davam edir. - +FOTO=8 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

82 saylı Ağcabədi Seçki Dairəsindən namizəd Tahir Rzayevin görüşləri davam edir. +FOTO=8 (AZpress.AZ Mais İbrahimov, Ağcabədi)

 82 saylı Ağcabədi Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Rzayev Tahir Musa oğlunun seçicilərlə görüşü davam edir.
Növbəti görüş həmin dairənin əhatə etdiyi Salmanbəyli və Qaradolaq kəndlərində keçirilmişdir.
Görüşləri YAP Ağcabədi rayon təşkilatının seçki qərargahının üzvü Mehman Novruzov açmış, deputatlığa namizəd Tahir Rzayevin tərcümeyi halı və əmək faliyyəti barədə seçicilərə məlumat vermişdir.
AZpress.AZ- xəbər verir ki, deputatlığa namizəd çıxış edərək görüşlərə gəldiyi üçün seçicilərə minnətdarlığını bildirmiş, ardıcıl olaraq Parlament seçkilərində onu dəstəklədikləri üçün təşəkkür etmişdir.
Tahir Rzayev çıxışında Yeni Azərbaycan Partiyasının seçki proqramı ilə seçiciləri tanış etmiş, növbəti 5 il üçün fəaliyyət proqramını açıqlamışdır. O qeyd etmişdir ki, Respublikamız son illər Ümummilli Lider Heydər Əliyevin siyasətinin davamı olaraq çox böyük irəliləyişlərə nail olunmuş, bütün bölgələrdə Regionların İnkişafı Dövlət Proqramı uğurla həyata keçmişdir. Salmanbəyli kəndndə bütün evlərə qaz çəkilmiş, əkin sahələrinin suvarılması üçün Qarabağ kanalından su kəməri çəkilmiş, ötən ildə isə müasir tipli gözəl məktəb istifadəyə verilmişdir. Lakin rayon mərkəzi ilə Salmanbəyli kəndini birləşdirən yolun tikintisinə ciddi ehtiyac olduğunu bilirəm. Bu məsələ tərəfimizdən qaldırılacaq və tezliklə həllini tapacaqdır.
Salmanbəyli kəndində seçicilərdən Heydər Məmmədov, Aminə Mürşüdova, Fəxrəddin Qasımov, Sabir Sultanov çıxış edərək növbəti seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədi Tahir Rzayevə səs verəcəklərini bildirmişlər.
Qaradolaq kəndində isə seçicilər adından Habil Abbasov, İsrail Vəliyev, Süleyman Quliyev, Ədalət Cəfərov çıxış edərək son dövrlər kənd ərazisində xeyli işlər görüldüyünü- rayon mərkəzini birləşdirən asvalt yolun çəkildiyini, qazlaşmanın başa çatdığını, 2019-cu ildə isə müasir tipli 264 yerlik məktəb binasının tikilib istifadəyə verilməsini diqqətə çatdırmışlar. Lakin kənddə əkin sahələrinin suvarılması üçün suvarma suyuna və əhalinin içməli suya olan təlabatında müəyyən problemlər mövcuddur. Əminik ki, siz növbəti dəfə deputat seçkilərində qalib gələrək mövcud problemlərin həllinə öz köməyinizi əsirgəməyəcəksiniz
Biz həmişəki kimi YAP-n namizədi olaraq sizə səs verəcəyik. Yeni Azərbaycan Partiyasının namizədi bizim seçimimizdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !