Vikipediya daAzərbaycanın ilk veb-saytıolan science.az haqqındaməlumatyenilənib -

“Vikipediya”daAzərbaycanın ilk veb-saytıolan science.az haqqındaməlumatyenilənib

 Dünyanın ən böyük onlayn ensiklopediyası olan “Vikipediya”da Azərbaycanın ilk veb-saytı science.az-ın yaranma tarixi, məqsəd və vəzifələri, həmçinin fəaliyyətinə dair məlumat yenilənib.
Azərbaycanın ən böyük elmi xəbər mənbəyi olan və ölkə mətbuatında xüsusi yerə malik science.az öz fəaliyyətini hər zaman təkmilləşdirir.Daim müşaiyət olunan portalda ölkəmizlə yanaşı,dünya elmi məkanında baş verən yeniliklər də öz əksini tapır.
Mərkəzi Elmi Kitabxananın “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən yaradılan məqalədə bildirilir ki, science.az 1995-ci ildə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda www.ab.az adı ilə fəaliyyətə başlayıb.
Qeyd olunub ki, 2003-cü ildən bəri istismarı AMEA İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilən science.az portalı 2014-cü ildə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin strukturuna daxil edilmişdir. 2019-cu ildə edilən müvafiq struktur dəyişikliklərindən sonra isə idarə İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi adlanmışdır. Hazırda science.gov.az həmin şöbənin Elektron informasiya sektorunun əməkdaşları tərəfindən idarə olunur.
Materialda bildirilib ki, “Science.az” AMEA-da fəaliyyət göstərən alimlərin dünyanın tanınmış elmi qurumları ilə əlaqə yaratması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün vasitəçi rolunu oynayır. Azərbaycan elminin təbliği istiqamətində fəaliyyət göstərdiyi illər ərzində portal bütün ölkə üzrə ən etibarlı məlumat mənbələrindən birinə çevrilib. AMEA-nın fəaliyyətinin işıqlandırılması işini uğurla davam etdirən bu resurs, həm də ölkəmizdə ilk internet-jurnalistika məktəbidir.
Məlumatda ölkədə fəaliyyət göstərən İnternet-media orqanları arasında öz çəkisinə, əhatə genişliyinə görə seçilən və böyük oxucu kütləsinə malik portallardan olan science.az-ıninkişaf mərhələlərinə nəzər salınıb.
Həmçinin science.az-ın işinin təşkili və portalın tədris bazası kimi fəaliyyətindən bəhs olunub. Bildirilib ki, ölkədə onlarla jurnalist, veb-dizayner və veb-proqramçıların yetişdirilməsi, veb-jurnalistika sahəsində kadr hazırlığı, o cümlədən İnternet-medianın praktiki əsaslarının öyrədilməsi sahəsində bu İnternet resursunun əvəzedilməz xidmətləri olub.
Yeni məlumatda science.az-ın ötən il üzrə statistik göstəriciləri ilə də tanış olmaq mümkündür. Belə ki, 2019-cu ildə portala 2203 xəbər yerləşdirilib. İl ərzində sayta edilən müraciətlərin sayıGoogle Analytics (www.google.com/analytics) sayğacı üzrə 2 062 288təşkil edib. Müraciət edən ölkələr arasında ilk beşlikdə Azərbaycan, Rusiya, Türkiyə, Almaniya və ABŞ qərarlaşıb.
Qeyd edək ki, bu il, science.az-ın 25 illik yubileyi ərəfəsində portalın dizayn və proqram təminatının təkmilləşdirilməsi nəzərdə tutulur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !