İDMAN YENİLİKLƏRİni İ - İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=3

İDMAN YENİLİKLƏRİni İ İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=3

 ŞAHMAT
------------------------------
Qadir Hüseynov BBƏ-də ikinci olub


Birləşmiş Ərəb Əmirliklərinin (BBƏ) Fuceyre şəhərində şahmatın blits növü üzrə turnir keçirilib. İsveçrə sistemi üzrə keçirilməklə 9 turdan ibarət olan turnirdə Azərbaycan şahmatçısı Qədir Hüseynov da iştirak edib. Son turda serbiyalı İqor Miladinoviçlə sülh bağlayan Hüseynov aktivindəki xalların sayını 6,5-ə çatdırıb. Bu isə həmyerlimizə çıxışını 2-ci pillədə başa vurmaq imkanı verib. Turnirin qalibi adını isə 7 xalla polşalı şahmatçı Kasper Piorun qazanıb. Ümumiyyətlə, turnirdə 18 şlkədən 33 zəka sahibi mübarizə aparıb.

İNTİQAM

Şəhriyar Məmmədyarov reytinq favorit olsa da


Cəbəllütariqdə şahmat üzrə keçirilən ənənəvi "Gibraltar İnternational Chess Festival - 2020" davam edir. 6 müxtəlif səviyyəli turnirdən ibarət olan və 248 şahmatçının mübarizə apardığı bu turnirdə Azərbaycan şahmatçıları - Şəhriyar Məmmədyarov və Vasif Durarbəyli də iştirak edir. Hər iki təmsilçimiz festivalın ən yüksək reytinqli qrossmeysterlərin cəmləşdiei "Masters"də gücünü sınayır. 10 turdan ibarət olan turnirdə dünən 6-cı turun oyunlarə keçirilib. Hesabat turu təmsilçilərimiz üçün heç də yaxşı olmayıb. Belə ki, Məmmədyarov hindistanlı Arian Çopra ilə sülh bağladığı halda, Vasif Durarbəyli isə ispaniyalı Xose Karlos İbarreyə uduzub. Məmmədyarov turnirin reytinq favoriti olsa da, 6 turdan sonra 4 xalla 28-ci, ondan yarım xal geri qalan Durarbəelisə 64-cü pillədə qərarlaşıb. Turnirə yanvarın 30-da 10-cu turla yekun vurulacaq. Reqlamentə görə, "Maters"də ilk üç yeri tutan şahmatçı müvafiq olaraq, 30, 20 və 15 min funt sterlinq qazanmış olacaq. olub
.İNTİQAM

 

 


CÜDO

-----------------------------------

Tatami ustalarımız Sofiyada güləşəcəklər


Fevralın 1-dən 2-dək Bolqarıstanın paytaxtı Sofiyada kişilər arasında cüdo üzrə açıq Avropa Kuboku turniri keçiriləcək. İJF-nin (Beynəlxalq Cüdo Federasiyası) illik təqvim planı əsasında keçirilməsi nəzərd\ə tutulan həmin turnirdə Azərbaycan cüdoçuları da mübariz aparacaqlar. ACF-dən (Azərbaycan Cüdo Federasiyası) verilən məlumata görə turnirdə ölkəmiz 13 cüdoçu ilə təmsil olunacaq. Heyətdə Oruc Vəlizadə, Rövşən Əliyev, Davud Məmmədsoy, Turan Bayramov (hamısı 69 kq), Nurlan Osmanov, Vaqif Tarverdiyev ( har ikisi 66kq), Kənan Quluzadə, Paşa Əliyev, Mətin Rzazadə (hamısı 73 kq), Araş Ağayi, Zaur Dünyamalıyev (hər ikisi 90 kq), Aslan Mirzəyev (100 kq) və İmran Yusifov (+100 kq) yer alıb. Hazırda 33 ölkədən 200-dən çox idmançı turnirdə iştirakını təsdiqləyib.

İNTİQAM

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !