Fevralın 1-dən WhatsApp köhnə smartfonları dəstəkləməyəcək -

Fevralın 1-dən “WhatsApp” köhnə smartfonları dəstəkləməyəcək

“WhatsApp” messencerinin tərtibatçıları köhnə mobil qurğuların dəstəyinin, planlaşdırıldığı kimi, dayandırılması haqqında məlumat veriblər. 2020-ci ilin fevralın 1-dən etibarən populyar mesajlaşma proqramı “Android 2.3.7” və “iOS 8” köhnə mobil əməliyyat sistemlərinin idarəetməsi altında işləyən smartfon və planşetləri dəstəkləməyəcək.
AZpress.AZ “ICTnews”a istinadən xəbər verir ki, messencerin problemsiz istifadəsi üçün “Android 4.0.3” və ya “iOS 9” versiyaları lazım olacaq. “WhatsApp” messenceri “KaiOS 2.5.1” sistemli aparatlarda işləyəcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !