İDMAN YENİLİKLƏRİni İ - İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=4

İDMAN YENİLİKLƏRİni İ İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=4

 CÜDO
--------------------------------
Cüdoçularımızın Təl-Əviv fiaskosu

İzrailibn paytaxtı Təl-Əvivdə kişi və qaınlar arasında keçirilən cüdo üzrə Olimpiya təsnifatlı Qran-Pri başa çatıb. Təəssüflər olsun ki, idmanın bu növü üzrə məvsümün ilk yarışı Azərbaycan cüdoçuları üçün heç də uğurlu olmayıb. Belə ki, turnirə qatılan 14 (9 kişi, 5 qadın) cüdoçumuzdan heç biri mükafatçılar sıraslnda yer ala bilməyib. Hətta komandanın liderlərindən biri sayılan Hidayət Heydərov (81 kq) belə startdaca uduzaraq fiaskoya uğrayıb. Cüsoçularımızdan yalnız Orxan Səfərov (66 kq) və Aleksandra-Larisa Florian (57 kq) iki mərhələni keçməklə 7-ci yeri tuta bilib. Bu isə onlara reytinq cədvəlində aktivlərinə 182 xal yazdırmaq imkanı verib. Qalan cüdoçularımız isə turnirdə əliboş qalıblar.

İNTİQAM

 

 

ŞAHMAT

----------------------------------------------

Tszyuy Venzyun dünya çempionluğu titulunu saxlayıb


Yanvarın 5-də Çinin Şanxay şəhərində çinli dünya çempionu Tszyuy Venzyunla (2584 reytinq xalı) rusiyalı şahmatçı Aleksandra Qoryaçkina (2578) arasında startı verilən Dünya Şahmat Tacı uğrundakı görüşlərəvvəlcədən planlaşdırıldığı kimi Vladibostokda (Rusiya) başa çatıb. Oyunlar seriyası çinli şahmatçının qələbəsiylə çatınca, 0. çempionluq titulunu özündə saxlaya bilib.

i

 

 


Xatırladaq ki, mükafat fondu 500 min avro təşkil edən bu yarışın reqlamentinə əsasən, raqiblər 12 partiyada qarşılaşmalıydılar. Bu oyunlardan 6-sı Çində, 6-sı isə Rusiyada keçirilməliydi. 12 oyunda tərəflərdən hər hansə biri 6,5 xal toplayacağı halda çempion adını özünə təmin edəcəkdi. Çempin həm də mükafat fondunun 60 faizini əldə edəcəkdi. Lakin, mübarizə heç də nəzərdə tutulduğu kimi 12 partiyada bitmədi. Şanxayda 6 oyundan sonra hərəyə 3 xal toplayan rəqiblər Vladivostokda da 6 oyunda eyni xal topladılar. Lakin bir məqamı qted edək ki, Rusiyada oyunlar daha dramatik keçdi. Belə ki, 8-ci turda rusiyalı şahmatcı qalib gələrək hesabda irəli çıxsa da (3,5:4,5) təslim olmaq istəməyən çinli qrossmeyster 9 və 10-cu turları udaraq hesabı öz xeyrinə dəyişə bildi - 5,5:4,5.11-ci tur sülhlə bitincə hamı 12-ci turun da heç-heçə bitəcəyini gözləyirdi. Amma her şey əksinə oldu. Qoryaçkina doğma divarlar arasında yenidən xarakter nümayiş etdirmıklə qalib gəldi və pozulmuş statusu berpa etdi. Bundan sonra mübarizə tay-brekdə davam etdi. İlk iki görüş sülhlə bitsə də, 3-cü oyunda çinli şahmatçı qalib gəldi. 4-cü görüş isə yenidən sülhlə bitincə bütün qaranlıq məsələlərə aydınliq gəldi. Tay-brekdə 2,5:1,5 hesabla qalib gələn Tszyuy Venzuy ikinci dəfə dünya çempionu oldu. Qələbə tay-brekdə olduğu üçün o, mükafat fondunun 55 faizinə sahib çıxdı.

Xatırladaq ki, çinli şahmatçı 2018-ci ildə klassik şahmat üzrə dünya çempionu, 2-15-2016-cı illərdə Qran-Prinin qalibi, 2016 və 2018-ci illərdə Olimpiya çempionu, 2009 və 2011-ci illərdə komandalararası, 2017 və 2018-ci illərdə isə rapid üzrə dünya çempionu olub. 31.01.1991-ci ildə Çində doğulub.

Bütün oyunların nəticələri (12 partiya)


    1 2 3 4 5 6 7 8 9 10 11 12 очки
Aleksandra  Qoryaçkina 2578

0.5

0.5

0.5

0

1

0.5

0.5

1

0

0

0.5

1

6
Tszyuy Venzyun 2584

0.5

0.5

0.5

1

0

0.5

0.5

0

1

1

0.5

0

6

 

Tay-brak   R! R2 R3 R4 очки
T.Venzyun 2584

0.5

0.5

1

0.5

2.5
A.Qoryaçkina 2578

0.5

0.5

0

0.5

1.5

İNTİQAM

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !