Anar yenidən AYB sədrliyinə namizəd olacaq -

Anar yenidən AYB sədrliyinə namizəd olacaq

“Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədrliyinə yenidən namizədliyimi irəli sürməyi düşünürəm”.
AZpress.AZ report.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AYB sədri Anar Rzayev deyib.
“Bu il Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçiriləcək. Amma qurultayın tarixi haqqında hələlik dəqiq məlumat yoxdur. Hesab edirəm ki, bu il ərzində qurultay baş tutacaq və qurultayda sədr vəzifəsinə öz namizədliyimi irəli sürəcəyəm” deyə, o, qeyd edib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !