Rəqqaslarımız dünyanın ən çox izlənən TV şousunda çıxış ediblər - -FOTO

Rəqqaslarımız dünyanın ən çox izlənən TV şousunda çıxış ediblər -FOTO

Azərbaycan rəqqasları Çində ay təqvimi ilə qeyd olunan yeni ilə - Yaz bayramına həsr olunan televiziya qala-konsertində çıxış ediblər. AZpress.AZ Nazirliyin saytına istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rəqs Ansamblının 21 nəfərlik heyəti tamaşaçı sayına görə dünyada ən böyük televiziya əyləncə şousu olan qala-konsertdə “Qaytağı” rəqsini ifa ediblər.
Qeyd edək ki, Çin Mərkəzi Televiziyası (CCTV) 1983-cü ildən bəri hər il yaz festivalının bayram axşamı ölkənin tanınmış incəsənət ustalarının və xaricdən dəvət olunan qonaqların iştirakı ilə qala- konsert proqramını təqdim edir. Ötənilki qala-konsertini televiziya və internet vasitəsilə 163 ölkədə 1 milyard 17 milyondan çox tamaşaçı izləyib.
CCTV-nin qala-konserti tamaşaçı sayına görə Ginnesin Rekordlar Kitabına düşüb.
Şərq ölkələrinin ay təqviminə əsasən, bu il yanvarın 25-i yeni ilin ilk günüdür. Bu bayram Çində həm də Yaz festivalı adlanır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !