Sovet Azərbaycanının sədası. Xalça. Tikmə. Plakat sərgisi -

“Sovet Azərbaycanının sədası. Xalça. Tikmə. Plakat” sərgisi

 Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Azərbaycan Milli Xalça
Muzeyi birgə “Sovet Azərbaycanının sədası. Xalça. Tikmə. Plakat”
sərgisini təqdim edir.

Sərginin əsas mövzusu Azərbaycan Milli Xalça Muzeyi və Dövlət Şərq
Xalqları İncəsənəti Muzeyinin kolleksiyalarından 1920-1970-ci illərə
aid Sovetlər dönəmi motivli xalça və tikmələrdir. Ekspozisiya tarixi
kataklizmlərin dekorativ-tətbiqi sənətə təsirindən bəhs edəcək.

Sərgidə Azərbaycan Milli Xalça Muzeyinin (Bakı) kolleksiyasından
1920-1970-ci illərdə toxunan xalçalar, Dövlət Şərq Xalqları İncəsənəti
Muzeyinin (Moskva) kolleksiyasından 1920-1930-cu illərə aid xalça,
inqilab mövzusunda tikmələr və eskizlər, “Mərcani” Fondunun (Moskva)
kolleksiyasından plakatlar da daxil olmaqla ümumilikdə 40 eksponat
nümayiş olunacaq. İlk dəfə olaraq Dövlət Şərq Xalqları İncəsənəti
Muzeyinin təşviqat tekstili kolleksiyası bütövlükdə sərgilənəcək.

Nümayiş olunan bütün əsərlər həmin dövrlərdə siyasi təşviqat məqsədilə
istifadə edilən materiallardır. Hazırda isə bu sənət nümunələri o
dövrdəki anlamlarını itirərək, sadəcə həmin dövrün xalça və tikmə
sənətində əksi kimi nümayiş olunur. Şübhəsiz ki, inqilabi hadisələr və
o dövrün sovet reallıqları ilə bağlı süjetlərə siyasi plakatlar güclü
təsir göstərib. Həmçinin XX əsrdə Azərbaycanda geniş yayılmış şərq
miniatür sənəti, namazlıq xalçaları, Qacarlar dövrü incəsənəti, o
cümlədən kitab qrafikası və teatr afişalarının da müxtəlif təsirləri
yan keçməyib.

Təşviqat obrazları Azərbaycanın əsrlərlə qorunan klassik xalça və
tikmələrinə xas ornament və kolorit əsasında yaradılırdı. Xalça
ustaları gözəl xalça nümunələri yaradarkən eksperiment kimi onlar üçün
yeni olan obraz və ifadə formalarını istifadə etməkdən çəkinmirdilər.
Eyni zamanda, onlar ənənəvi xalçaların istehsalını da davam
etdirirdirlər.

Sərginin açılışı üçün Azərbaycan Milli Xalça Muzeyi və Dövlət Şərq
Xalqları İncəsənəti Muzeyi tərəfindən eyniadlı kataloq hazırlanacaq.

Sərginin kuratorları: Şirin Məlikova (Azərbaycan Milli Xalça Muzeyi),
Mariya Filatova, Vera Myasina (Dövlət Şərq Xalqları İncəsənəti
Muzeyi)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !