İstedadlı şair Vahid Aslanın AYB-də "Yağış havası" adlı yeni kitabının imza günü və təqdimat mərasimi keçiriləcəkdir. -

İstedadlı şair Vahid Aslanın AYB-də "Yağış havası" adlı yeni kitabının imza günü və təqdimat mərasimi keçiriləcəkdir.


31 yanvar 2020-ci il tarixində saat 14-00-da Azərbaycan Yazıçılar
Birliyinin “Natəvan” klubunda Vahid Aslanın “Yağış havası” kitabının
imza günü və təqdimat mərasimi keçiriləcəkdir. Maraqlanan hər kəs
tədbirdə iştirak edə bilər.
Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin
nəşriyyatı tərəfindən çapa hazırlanmış bu kitab sayca müəllifin 9-cu
kitabıdır. Kitab 220 səhifədən ibarətdir. Kitabın redaktoru Xalq şairi
Nəriman Həsənzadə, ön sözün müəllifi Kənan Hacıdır. Kitabda
müəllifin son dövrlərdə yazdığı şeirləri və poemaları toplanmışdır.
İnanırıq ki, digər kitabları kimi Vahid Aslanın bu kitabı da oxucu kütləsi
tərəfindən maraqla qarşılanacaqdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !