Qürbətdən Vətən Sədaları: İsrail-Azərbaycan layihəsi həyata keçiriləcək. -

“Qürbətdən Vətən Sədaları: İsrail-Azərbaycan”layihəsi həyata keçiriləcək.

 2 fevral 2020-ci il tarixində saat 19:00-da İsrailinTel-Əviv şəhərinin Rusiya Mədəniyyət mərkəzində“Qürbətdən Vətən Sədaları: İsrail-Azərbaycan”layihəsi həyata keçiriləcək. Azərbaycan Gənclər Gününə təsadüf edən layihə Azərbaycan Gənclər Fondunun 13-cü qrant müsabiqəsində bəstəkar İsrafilova İlahə Qismət tərəfindən qalib elan edilmişdir. Azərbaycan mədəniyyətinə və milli qəhrəmanı A. Aqarunovun əziz xatirəsinə həsr olunmuş tədbirin İsrail tərəfdən təşkilati dəstəyi “AZİZ” Beynəlxalq İsrail-Azərbaycan Assosasiyasıdır.
Layihə İsraildə yaşayan Azərbaycanlı gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsini, həmçinin tədbir vasitəsi ilə Azərbaycan həqiqətlərinin Dünya ictimaiyyətinə bir daha çatdırılmasını əsas məqsəd götürür.Bədii hissədə Azərbaycandan İsrailə yollanacaq AR xalq artisti Zümrüd Məmmədovanın, beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli (piano), Neymət Mürsəlov (tar), İlahə İsrafilova (bəstəkar) iştirakı ilə yanaşı İsraildə təhsil alan azərbaycanlı peşəkar skripkaçılar Zərifə Alxazova və Qəmər Kərimlinin iştirakı gözlənilir. Tədbirdə “Vətən” mövzulu əsərlərlə bahəm Azərbaycanın görkəmli bəstəkarları Ü. Hacıbəyli,V. Adıgözəlov, Q. Qarayev, F. Əlizadə, İ.İsrafilova əsərləri ilə yanaşı, xarici klassik bəstəkarların musiqilərindən ibarət konsert proqramı baş tutacaq.
Hər biriniz bu əlamətdar tədbirə dəvətlisiniz!
02.02.2020 saat:19:00, Rusiya Mədəniyyət mərkəzi (Tel-Əviv)
Ünvan: Tel-Əviv, Geula küçəsi, № 38
Giriş sərbəstdir

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !