Bakıda qadını yerə yıxıb 16 bıçaq zərbəsi vuran şəxs həbs edildi -

Bakıda qadını yerə yıxıb 16 bıçaq zərbəsi vuran şəxs həbs edildi

Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə paytaxtın Xətai rayonunda baş verib.
Belə ki, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Azər oğlu 1988-ci il təvəllüdlü Niftəliyeva Zümrüd Nurəddin qızı və tanışı, 1981-ci il təvəllüdlü Cəbrayılov Taleh Cəlilağa oğlu Xətai rayonu ərazisində birlikdə yemək yeyib spirtli içki qəbul edəndən sonra Bəhruz Abdullayevlə Zümrüd Niftəliyeva arasında mübahisə yaranıb.
Mübahisə nəticəsində B.Adbullayev Z.Niftəliyevanı yerə yıxaraq üzərində gəzdirdiyi bıçaqla qadına 16 bıçaq zərbəsi vuraraq qəsdən öldürməyə cəhd edib.
Daha sonra B.Abdullayev T.Cəbrayılovu bıçaqlayıb hadisə yerindən qaçıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Abdullayev şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürməyə cəhd) maddəsilə cinayət işi başlanılıb. (Report) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !