Ölümcül virusa görə daha iki şəhərdə giriş-çıxış qadağan edildi -

Ölümcül virusa görə daha iki şəhərdə giriş-çıxış qadağan edildi

Çində yayılan ölümcül koronavirus səbəbi ilə daha iki şəhərdə giriş və çıxışlar bağlanılıb.
Xarici KİV-ə istinadən xəbər veririk ki, ölkə hakimiyyəti təxminən 7 milyona yaxın insanın yaşadığı Huanqanq və milyondan artıq əhalisi olan Ezhou şəhərinə giriş-çıxışı bağlayıb. Bundan əlavə, ölkənin paytaxtı Pekində bir çox tədbirlər təxirə salınıb.
Qeyd edək ki, Çində sürətlə yayılmağa başlayan korona virus səbəbi ilə 500 nəfərdən çox insan virusa yoluxub, 24 nəfər isə dünyasını dəyişib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !