BKM -də Qara Yanvar faciəsinin 30-ci il dönümü qeyd olundu - FOTO=14, (Bağırzadə Əqdəs - AZpress.AZ)

BKM -də “Qara Yanvar” faciəsinin 30-ci il dönümü qeyd olundu FOTO=14, (Bağırzadə Əqdəs - AZpress.AZ)

 Azərbaycan xalqı zaman-zaman ağır faciələrlə üzləşmiş, haqsızlıqlar
ilə qarşılaşmışdır. Xalqımızın başına gətirilən belə faciələrdən biri
də 1990-cu ilin qanlı 20 Yanvar faciəsi idi. Bu il Azərbaycanın yeni
tarixinin hüznlü və eyni zamanda qəhrəmanlıq səhifəsi olan 20
Yanvardan 30 il ötür. 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək üçün
yanvarın 18-də Bakı Kitab Mərkəzində ədəbi-musiqili gecə
keçirilmişdir.

Tədbirin aparıcısı, aktyor Hüseynağa Aslanov, şairlər Fərid Hüseyni,
Səlim Babullaoğlu, Əyyub Qiyas, Şahrun Süleymanlının çıxışları
tamaşaçılara o qanlı gecənin ruhunu yaşatdı.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaradılmış
Gənclər Kamera Orkestri (dirijor - əməkdar artist Fuad İbrahimov),
tarzən İsmayıl Zülfüqarov, Aslan Növrəsli, beynəlxalq müsabiqələrin
laureatları Vüsal Aydəmirov və İbrahim Məmmədov, Azərbaycan və
beynəlxalq müsabiqələrin qalibi, balaban ifaçısı Nicat Məsimovun
bir-birindən gözəl canlı musiqiləri gecəyə xüsusi gözəllik və ovqat
qatdı.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !