20 yanvar faciəsi-30 il - AZpress.AZ, Minə Türksoy

20 yanvar faciəsi-30 il AZpress.AZ, Minə Türksoy

 AZpress.AZ- ın məlumatına əsasən , yanvarın 19-da Şuşa Dövlət Musiqili Dram Teatrında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Qanlı Yanvar”- 30 İl adlı sərgi-tədbir və ədəbi-bədii kompozisiya keçirilib. Azərbaycan Rəssamlar İttifaqı, 20 Yanvar İB , Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İB , “Abşeron” Gənclərin İnkişafı İB-nin dəstəyi ilə keçirilən tədbirin layihə rəhbəri və təşkilatçısı Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovalar idi. Öncə şəhid ailələri və bir qrup ziyalı Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərimizin ruhuna dualar oxudular. Tədbirdə ölkəmizdəki səfirlik nümayəndələri, şəhid ailələri, qazilər, rəssamlar, media nümayəndələri iştirak edirdilər.
Qeyd edək ki, İştirakçılar öncə teatrın foyesində 20 Yanvar faciəsinə həsr olunmuş sərgi ilə tanış oldular. Tədbir Şəhidlərimizin ruhuna bir dəqiqələik sukutla başladı. Sonra tədbirdə çıxış edən qurum rəhbərləri, şəhid ailələri Vətən uğrunda canlarını fədə edən şəhidlərimizin qürur mənbəyi olduğunu və tədbirlərin yeniyetmə və gənclərimizə təbliğində əvəzsiz rol oynadığını bildirdilər. Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında ədəbi-bədii kompozisiya təqdim olundu.
AZpress.AZ (Minə Türksoy)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !