İDMAN YENİLİKLƏRİni - İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=5

İDMAN YENİLİKLƏRİni İNTİQAM təqdim edir (AZpress.AZ) -FOTO=5

 ŞAHMAT
--------------------------------
Məmmədyarov Cəbəllütariqdə "Masters"ə qələbəylə başlayəb
Məmmədovsa Veyk-an-Zeedə büdrəyib

 

 

Dünən Cəbəllütariqdə şahmat üzrə ənənəvi "Gibraltar İnternational Chess Festival - 2020"-yə start verilib. Səviyyəsinə görə 6 müxtəlif turnirdən ibarət olan və 248 zəka sahibinin mübarizə apardığı bu yarışda həmyerlimiz Şəhriyar Məmmədyarov da (2770) iştirak edir. Ümumilikdə Festivalın reytinq favoriti olan Məmədyarv ən yüksək səviyyəli turnir olan "Masters"ə qatılıb. Startda hindistanlı Raahhil Muliko ilə qarşılaşan qrossmeysterimiz görüşü qələbəylə başa vurub. Bu gün isə o, ikinci tur çərçivəsində britaniyalı Stiven Qordonla qarşılaşacaq. İsveçrə sistemi üzrə keçirilməklə 10 turdan ibarət olan festivala yanvarın 30-da yekun vurulacaq. "Maters"də ilk üç yeri tutan şahmatçı müvafiq olaraq, 30, 20 və 15 min funt sterlinq qazanmış olacaq.

Bu arada daha bir həmyerlimiz - Rauf Məmmədovun da iştirak etdiyi "Tata Steel Challengres" turnirində isə 9-cu turun partiyaları baş tutub. Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən bu turnirin hesabat turunda Məmmədov ev sahiblərindən olan Ervin LAmi ilə görüşdə büdrəyib. Bu məğlubiyyət onun yarış cədvəlindəki mövqeyinə təsir edib. Belə ki, aktivində 4,5 xalı olan şahmatçımız 6-cı pillədən 10-cu yerə düşüb. Bu gün isə o, Lukas Van Forestlə (Hollandiya) qarşılaşacaq.


İNTİQAM

 

 

KARATE
--------------------------------------------------
Əsas yığmamız mövsümə Paris turniri ilə başlayacaq


Böyüklərdən ibarət milli komandamız

24 - 26 yanvar aralığında Fransanın paytaxtı Parisdə 2020-ci il mövsümünün ilk Karate-1 Premyer Liqa turnirinə istart veriləcək. Azərbaycan Milli Karate Federasiyasından (AMKF) aldığımız məlumata görə 3 gün davam edəcək turnirdə Azərbaycaın əsas komandası da iştirak edəcək. AMKF-nin prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında bəlli turnirə qatılacaq yığmamızın heyətinə 16 idmançı yer alıb ki, onlardan da 4-ü kata, qalanları isə kumite yarışında bacarığını nümayiş etdirəcək.Hər iki nəvdə yarışlar həm fərdi, həm də komanda üzrə olacaq.

Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Bahəttin Kandaz və böyük məşqçilər Şahin Xudaverdiyevlə Rəşad Hüseynov, eləcə də qadınlar milli komandasının baş məşqçisi Denis Morozovun rəhbərliyi altında yarışda Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaq.

Kata üzrə baş məşqçi Vahid Ayvazovun başçılıq etdiyi komandaya gəlincə. Roman Heydərov fərdi, Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyevdən ibarət trio isə komanda kata yarışına qatılacaq. Maraqlıdır ki, Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının Paris mərhələsini idarə edən referilər arasında beynəlxalq dərəcəli referimiz Cahangir Babayev və Vüqar Kərimov da olacaq.

Ümumiyyətlə, Paris turnirdə Azərbaycan da daxil olmaqla 92 ölkəni təmsil edən 703 karateçi medallar uğrunda mübarizə aparacaq. İdmançılara qazandığı hər qələbəyə və medalların əyarına əsasən onlara dünya reytinqi ilə yanaşı, həm də olimpiya reytinq xalları veriləcək. Bir məqamı da qeyd edək ki, Parisdə həmçinin ötən mövsümün yekununa əsasən fərqlənən karateçilərə "Grand Winners" mükafatları da təqdim olunacaq. Mükafatçılar arasında Azərbaycan idmançılarıi - beşqat dünya çempionu Rafael Ağayevlə (-75 kq) İrina Zaretska (-68 kq) da yer alıb.

 


İNTİQAM

 

 

VOLEYBOL
-------------------------------
"Azərreyl" qələbə sayəsində autsayderlikdən qurtulub

 

Bu gün kişi voleybol klublarının mübarizə apardığı Azərbaycan çempionatının yüksək liqasında daha bir oyun keçirilib. Dərnəgüldəki Volebol Mərkəzində baş tutan oyuinda çempionatın autsayderləri olan "Azərreyl"lə "Ekspress". Qarşılaşma birincinin quru hesablı qələbəsiylə bitib - 3:0. Bu qələbə dəmiryolçulara autsayderlikdən qurtulmaq imkanı verib. Hazırda komandaların turnir cədvəlində vəziyyət belədir:
Neftçi - 6 xal (2 oyun), MOİK - 4 xal (2), Azərreyl - 3 xal (2), Murov - 2 xal (2), Ekspress - 0 xal (2).
İNTİQAM

 

FUTZAL
-----------------------------------------
Azərbaycan millisi evdə Özbəkistanla bacarmayıb


Dünən Bakı İdman Sarayında Azərbaycanın futzal üzrə yığması Özbəkistan millisi ilə yoxlama sınaq matçı keçirib. Təəssüflər olsun ki, Hikmət Qafarlı, Anar Fərəcov və Rahin Heybətov üçlüyündən ibarət harimlər briqadasının idarə etdiyi gərüş asiyalıların qələbəsi ilə başa çatıb - 2:3. Xatırladaq ki, hesabı 3-cü dəqiqədə qonaqların oyunçusu Dilşod Raxmatov açıb. 5-ci dəqiqədə İxtiyar Popiyev hesabı artırıb - 0:2. 24-cü dəqiqədə Oliveyra da Nasimento hesab arasındakı fərqi azaltsa da (1:2) bundan 9 qəqiqə sonra Akbar Usmanov dəqiq zərbə ilə hesab arasındakı fərqi yenidən artırıb - 1:3. Görüşdə son nöqtəni yığmamızın oyunçusu Eşaq Surqalı qoyub - 2:3.
Bu gün yığmamız eyni məkanda özbəklərlə ikinci dəfə qarşılaşacaq.
Xatırladaq ki, hər iki oyun DÇ-2020-nin seçmə qrup oyunlarına yoxlama xarakteri daşıyır. Yanvarın sonu, fevralın əvvəlində Xovatiyada keçiriləcək seçmələrdə yığmamız ev sahibləri ilə yanaşı, Rusiya və Slovakiya millisi ilə qarşılaşacaq.
İNTİQAM

-----------------------------------------------------

ŞAHMAT
---------------------------------------------
Çinli şahmatçı Tszyuy Venzyun çempionluğun bir addımlığında


Yanvarın 5-də Şanxayda (Çin) çinli dünya çempionu Tszyuy Venzyunla
(2584) rusiyalı Aleksandra Qoryaçkina (2578) arasında startı verilən Dünya Şahmat Tacı uğrunda 12 partiyadan ibarət matç seriyası artıq başa çatmaq üzrədir. Xəbər verdiyimiz kimi, 12 partiyanın 6-sının Şanxayda (Çin) qalan 6-sının isə Vladivostokda (Rusiya) keçirilməsi nəzərdə tutulmuşdu. Şanxayda keçirilən 6 görüşdən sonra tərəflər hərəyə 1 qələbə qazanıb 3 xal toplamışdır. Bundan sora şahmatçılar mübarizəni davam etdirmək üçün Rusiyaya yollanmışdılar. Rusiyada isə oyunlar başqa məcrada davam edib. 7-ci oyun sülhlə bitsə də, 8-ci partiyada ev sahibi olan Qoryaçkina görüşü udaraq, hesabda irəli çıxa bilib - 4,5:3,5. Təslim olmaq istəməyən çinli şahmaçı ardıcıl olaraq, 9 və 10-cu partiyaları qələbə ilə bitirərək. ümumi hesabı öz xeyrinə olmaqla 4,5:5,5-ə çatdırıb. Bu gün baş tutan oyunda (11-ci partiya) tərəflər sülhə razılaşıblar. Beləlikl, 11 oyundan sonra ümumi hesab çinli şahmatçının xeyrinə olmaqla 5:6 olub. Reqlamentə əsasən, 12 partiyada 6,5 xal toplayan şahmatçı dünya çempionu adını özünə təmin etmiş olacaq. Bu baxımdan da. sabah baş tutacaq 12-ci partiya da sülhlə bitəcəyi halda, çinli şahmatçı çempionluq tacına sahib çıxacaq. Əgər rusiyalı şahmatçı xarakter nümayiş edib 12-ci partiyanı udarsa, onda hesab bərabərləşəcək və mübarizə tay-brekdə davam etdiriləcək. Qeyd edək ki, çempion adını qazanan, həm də 500 min avroluq mükafat fondunun 60 faizini əldə edəcək.

İNTİQAM

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !