"Bazar Store"da iyrənc hadisə - Satılan lokumdan qurd çıxdı - - VİDEO+FOTO=3

"Bazar Store"da iyrənc hadisə - Satılan lokumdan qurd çıxdı - VİDEO+FOTO=3

"Bazar Store" mağazalar şəbəkəsində istifadəyə yararsız şirniyyat satılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə redaksiyamıza şikayət daxil olub. "Bazar Store" mağazalar şəbəkəsinin Masazır filialından “Can-Pa” firmasına aid Badamlı lokum alan müştəri gözlənilməz hadisə ilə rastlaşıb: "Ailəvi qonaq gedirdim, "Bazar Store" dan çəki ilə lokum aldım. Süfrədə lokumla çay içdiyimiz vaxt üzərində qurdların gəzdiyini gördüm. Diqqətlə baxdıqda gördüm ki, lokumun üstündəki badam ləpələrinin demək olar ki, hamısında qurd var. Qonaq getdiyim yerdə belə hadisənin baş verməsi olduqca pis haldır. Bu vaxt telefonun video kamerası ilə həmin görüntüləri qeyd etdim".
Məsələ ilə bağlı "Bazar Store" mağazalar şəbəkəsinin Masazır filialı ilə əlaqə saxladıq. Mağazadan bildirdilər ki, bəhs edilən lokumları üzərində yoxlama aparılıb ancaq, heç bir mənfi hala rast gəlinməyib.
Həmin görüntüləri təqdim edirik: 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !