Gülağa Tənha - Xalqım üçün...

Gülağa Tənha Xalqım üçün...

Kimi yoxsulluqla, kimi var-dövlətlə sınağa çəkilər...
- Professor Nizami Cəfərov çıxışların birində Gülağa Tənhanın Allah tərəfindən mükafatlandırılmasını qeyd etmişdir. Məhz bu sınağı anlayan xeyriyyəçi - şair bəzi səlahiyyətli və imkanlı insanlara örnək olaraq qeyd edir:


- "Mən arzu edirəm ki, pul qazanım və qazancımın müəyyən hissəsini, Quran kitabında yazıldığı kimi, xums və zəkat şəkilində xalqım, millətim üçün xərcləyim..."

 

          İnsanı maraqlandıran suallardan biri də budur:

- Ruzini nə artıra bilər?

Söhbət ruzi - bərəkətdən düşmüşkən azpress.az - saytı sizə bu barədə deyilmiş fikirləri və balaca araşdırmasını təqdim edir.

İmam Sadiq (ə.): “Yaхşı əməl ruzini artırır.”
Əmir-əl-Möminin Əli (ə.): “Ciddi tələbкarlıq (başqasına çətin yaratmaq) əхlaqı хarab edir, amma güzəştə getməк ruzini çохaldır.”
Əmir-əl-Möminin Əli (ə.): “Din qardaşı ilə həmdərd оlmaq ruzini artırır, səhər tezdən ruzi aхtarmaq, istiğfar etməк, əmanətdarlıq və gözəl əхlaqa maliк оlmaq ruzini artırır.”
Əmir-əl-Möminin Əli (ə.): “Hərisliyi tərк etməк, ne’mət sahibinə şüкür etməк və yalan anddan uzaq оlmaq ruzini artırır.”

Peyğəmbər (s.ə.a.s.) оna: “Ruzinin artmasını istəyirəm, nə edim?” – deyə sоruşulduqda cavabında buyurdu: “Daim təharətli (təmiz) оl кi, sənin ruzin artsın.”
Peyğəmbər (s.ə.a.s.): “Sədəqə verməкlə ruzini nazil edin və cəlb edin. Sübh tezdən durmaq хeyir-bərəкət gətirər, bütün ne’mətləri, хüsusilə ruzini artırar, gözəl danışıq da ruzini artırar.”
Peyğəmbər (s.ə.a.s.): “Dörd şey ruzini artırır: gözəl əхlaq, qоnşu ilə yaхşı rəftar etməк, başqalarına əziyyət etməməк və taqətsizliк etməməк.”
Peyğəmbər (s.ə.a.s.): “Hər кəs ömrünün artmasını, ruzisinin çохalmasını istəyirsə, valideynlərinə yaхşılıq etsin və sileyi-rəhm (qohum-əqraba ilə əlaqə saxlamaq) etsin.”
İmam Baqir (ə.): “Həqiqətən, bəndə bir günah edir və ruzi bu səbblə оndan alınır.”
İmam Sadiq (ə.): “Hər кəsin niyyəti gözəl оlarsa, ruzisi artar.”

 

Vikipediya
Zəkat haqqında: https://az.wikipedia.org/wiki/Zəkat


Xums haqqında: https://az.wikipedia.org/wiki/X%C3%BCms#%C4%B0NSANA_YET%C4%B0%C5%9E%C6%8FN_XUMS_V%C6%8F_Z%C6%8FKAT

 

Bu əhvalat həm Tövratda (“Ədədlər” kitabı, 16-cı fəsil), həm də Qurani-kərimdə(“Qəsəs” surəsi, 76-82-ci ayələr) ətraflı təsvir edilib.


Qarun Həzrət Musa Peyğəmbərin (ə) yaxın qohumlarından (bəzi rəvayətlərə görə, əmisi oğlu) idi. Əvvəlcə imanlı olmuş, hətta Tövratı hamıdan daha yaxşı mənimsəmişdi. Musa Peyğəmbər (ə) ona kimiya elminin (müxtəlif maddələrdən qızıl almaq yollarından bəhs edən elmin) sirlərini öyrətmiş, o da bu yolla külli miqdarda sərvət toplamışdı. Bundan sonra Qarun Allahın yolundan azğın düşüb, yalnız pul və sərvət yığmaq həvəsi ilə yaşamağa başlayır. Bəni-Israilin ən çətin günlərində o, nəinki öz malı-mülkü ilə xalqına yardım göstərmir, əksinə, cah-cəlal və təmtəraqını nümayiş etdirməklə camaatda həsəd yaradır və iradəsi zəif olanları öz tərəfinə çəkirdi. Həzrət Musa (ə) dəfələrlə ona nəsihət verərək fitnə-fəsad yolundan dönməyi, sərvətinin bir hissəsini ehtiyaclılara verməyi buyurdu. Hətta Qaruna təklif etdi ki, şəriətdə nəzərdə tutulduğundan qat-qat az miqdarda – öz sərvətinin cəmi mindən bir hissəsini zəkat olaraq versin. Lakin Qarun hesablayıb gördü ki, hətta bu da külli miqdarda məbləğə bərabərdir; ona görə də imtina etdi.
Musa (ə) ilə Qarunun münasibətləri getdikcə gərginləşirdi. Nəhayət, Qarun Həzrət Musanın (ə) iradlarına son qoymaq üçün özü hücuma keçmək qərarına gəldi. Peyğəmbəri zərərsizləşdirməyin ən yaxşı yolu onu xalq içində rüsvay edib ləkələmək idi. Qarun bir əxlaqsız qadına pul verib tapşırdı ki, onun dediyi vaxt camaatın içində Həzrət Musaya (ə) böhtan atsın. Musa Peyğəmbərlə (ə) növbəti mübahisə zamanı Qarun o həzrəti zinakarlıqda təqsirləndirdi və bu barədə şahidi olduğunu bildirdi. Onun göstərişi ilə həmin əxlaqsız qadını meydana çağırdılar. Lakin qadın birdən-birə Allahın əzabından qorxuya düşdü, tövbə edib əsl həqiqəti söylədi. Xalqa bildirdi ki, Qarunun dedikləri iftira və yalandır.
Iş bu yerə çatanda Həzrət Musanın (ə) səbri tükəndi. Allah dərgahına dua edib, Qarun üçün əzab istədi. Bu zaman Qarunun möhtəşəm sarayının altındakı torpaq lərzəyə gəldi, yer aralandı və Qarun bütün təmtərağı ilə birlikdə yerin təkinə yuvarlandı. Yerin səthi birləşəndə artıq nə Qarundan, nə də onun xəzinələrindən əsər-əlamət qalmışdı.
Allah bizi Qarund nəfsindən qorusun...


 Əl - Bəqərə surəsi:


261. Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir və hər şeyi biləndir.

262. Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.

263. Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir!

265. Mallarını Allahın razılığını qazanmaq və nəfslərini (imanlarını) sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, az bir şəbnəm (şeh də ona kifayət edər). Həqiqətən, Allah nə etdiyinizi (bütün əməllərinizi) görəndir!

268. Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi) biləndir.

269. Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!

 

#gulaqa tenha, #gulaqa qanbarov, #gülağa tənha, #gülağa qənbərov
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !