Almaniyada azərbaycanlı məscidə hücum etdi - -FOTO=3

Almaniyada azərbaycanlı məscidə hücum etdi -FOTO=3

Almaniyanın Nürnberq şəhərindəki “Əyyub Sultan” məscidi azərbaycanlı tərəfindən hücuma məruz qalıb.
Türkiyə mətbuatına istinadla xəbər veririk ki, adı məlum olmayan azərbaycanlı, “Bura iblislərin yuvasıdı, siz də şeytansınız” deyərək əlindəki dəmir boru ilə məsciddəki insanlara hücum edib. Məsciddəki insanlar sözügedən şəxsə mane olmağa çalışan zaman, hadisə yerinə polis gəlib və azərbaycanlını qandallayaraq aparıblar.
Məscidin axundu Ergun Çelik bildirib ki, bu həmin şəxsin bu məscidə 3-cü belə hücumudur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !