Dünya məktəbinin maarifləndirici və həvəsləndirici tamaşa... - +FOTO=24 (İ. Nəriman - AZpress.AZ)

“Dünya” məktəbinin maarifləndirici və həvəsləndirici tamaşa... +FOTO=24 (İ. Nəriman - AZpress.AZ)

“Dünya” məktəbinin ingilis bölməsinin 5-ci və 6-cı sinif şagirdləri yanvar ayının 15-də Science play adı altında dünya söhrətli alimlərin – Marie Curie və Dimitri Mendeleyevin həyat və yaradıcılıqlarını canlandırmışlar. Tamaşada məqsəd şagirdlərdə elmə həvəs oyatmaq və elm aləminin sirlərini öyrənmək üçün hər zaman ideyalarını sinaqdan keçirməyin önəmli olduğunu çatdırmaq idi. Tamaşa 2 hissədən ibarət idi: Marie Curie və Dimitri Mendeleyevin həyat və yaradiciliğı. Birinci hissənin aparıcıları Ülkər Heydərli və Ramazan Tatarayev və 5B sinif şagirdləri alimin elmi kəşflərini və bunun üçün şəxsi həyatını və sağlamlığını qurban verməsini tamaşaçıya catdırmışlar. Baş rolun ifaçısı 5B sinif şagirdi Aziza Allahverdiyeva tamaşanın əvvəlində Marie Curienin oxuma həvəsini və eyni zamanda qayğıkeş övlad olmağını, daha sonralar elm arxasınca Polşadan Fransaya getməsini, orda həyat yoldaşı Piere Curieylə- Furgan Məmmədovla görüşməsini və birlikdə həm işləyib, həm də ailə qayğısı cəkməklərini canlandırmışdı. Marie Curienin elm aləmində 2 dəfə Nobel mükafatı almış yeganə qadın olmasi onun bir daha dahi bir alim olmasının sübutudur.

Ikinci hissədə 6cı sinif şagirdləri Dimitri Mendeleyevin şəxsi və elmi həyatını aparıcılar Reyhan Məmmədli və Əli Süleymanlı köməkliyi ilə canlandırmışlar. Tamaşaçılar baş rolun ifaçısı Mehdi Mehdizadənin- Dimitri Mendeleyevin Dövri Cədvəli kəşf etməsini və onun şəxsi və elmi həyatinda dönüş yaradan anası Mariyanın- Zeynəb Allahverdiyevanın rolunu həyacanla izləmişlər.

Bu maarifləndirici və həvəsləndirici tamaşa məktəbin Science müəlliməsi Yeganə Quliyevanın rəhbərliyi altında edilmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !